YÜKSƏK HƏRARƏT

QrippUşaqlarda yüksək hərarət keçirilən hər hansı infeksiyanın ilk göstəricisi olduğu kimi bəzən də sağlam bir uşaqda da hərarət yüksəkliyi müşahidə oluna bilər.

Havann isti olması, idman və hərəkətli oyunlar, qalın geyim də xəstəlik olmadığı halda hərarəti yüksək göstərə bilər. Belə vəziyətlərdə uşaq normal istilikli otaqda 30-40 dəqiqə dincəldikdən sonra təkrar ölcülməlidir.

Temperatur ölcülməsi ağız, qulaqiçi, qoltuqaltı və düz bağırsaqdan aparıla bilər. Bizim əsas istifadə etdiyimiz qoltuqaltı nahiyədəndir ki, bu zaman da qoltuqaltının yaş olmadığına diqqət etməliyik.

loading...

Hərarəti yüksək olan uşaqların:

Üzərindəki qalın geyimlərin çıxarılması

Çox isti mühitdə saxlanılmaması

Çox isti maye və yeməklərin qəbul edilməməsi

Sirkə və spirtin bədənə təmas etdirilməməsi

Soyuq su ilə duş alınmaması

Yatarkən üstünə qalın yorğan örtülməməsi məsləhətdir.

Ev şəraitində ediləcək şeylər bol maye qəbulu (su, çay, meyvə suları və duru yeməklər), üzərindəki geyimlərin azaldılması, hərarətsalıcılardan istifadə etməkdir. Hərarətsalıcılardan 30-40 dəqiqə sonra hərarətin düşməsi olmazsa ilıq su ilə duş aldırılmalıdır. Suyun temperaturu usağın titrəməyəcəyi dərəcədə olmalıdır.

Əgər uşağınızda yüksək hərarətlə yanaşı halsızlıq, yuxululuq, titrəmə, iştahasızlıq, başağrısı, başgicəllənmə, qulaq ağrısı, burun tutulması, ishal, qarın ağrısı, qusma (bu şikayətlərin biri və ya bir neçəsi) varsa hər hansı bir infeksiyanın olmasına şübhədir. Belə hallarda həkimə müraciət etməniz mütləqdir.

Körpələrinizi qoruyun!

Dr. Fazil Rəcəbov

loading...

Bunuda oxu...