YORĞUNAM, ÇOX YORĞUNAM

Son illərin ən aktual şikayətlərindən biri – yorğunam, çox yorğunam.

Son illərin ən aktual arzularından biri – gümrah olmaq istəyirəm.

Son illərin ən böyük doğru bildiyimiz yanlışlarından biri – vitamin qəbulu gümrahlıq hissi yaradır. Sözün düzünə qalanda, bu yanlışın hardan qaynaqlandığını bilmək o qədər də çətin deyil. Gümrahlıq hisiyatının aradan qaldırılması ücün meyvə yeyilməsi məsləhət görüldüyündən, meyvələrin tərkibinin bol vitaminli olması bu yanlışın ən aparıcı səbəblərindən biridir.

loading...

Meyvə ye iştahan açılsın, meyvə ye qarnın yaxşı işləsin, meyvə ye saçların tökülməsin, meyvə ye yuxun yaxşı olsun deyərək sanki universal müalicə vasitəsinə müraciət edirik. Əslində isə meyvə yeyilməsi və vitamin qəbulu arasında kifayət qədər böyük fərq vardır.

Gümrah olmaq arzusu o qədər davamlı olur ki, bir qisim pasientlər həkim müayinəsi olmadan belə öz təşəbbüsləri ilə apteklərdən müxtəlif vitaminlər alıb qəbul edirlər. Bu isə heç də həmişə arzu edilən nəticələrə gətibi çıxatmır.

Əgər özünüzdə halsızlıq, ümumi zəiflik, əhval ruhiyyənin enməsi kimi əlamətlər hiss edirsinizsə mütləq həkim müayinəsindən başlayın. Cünki bir qisim xəstləlilərin ilk əlamətləri məhz elə bu əlamətlərdən başlayır.

Çox istərdim ki pasientlər bir şeyi yadda saxlasınlar. Vitamin preparatlarının qəbulu sizi heç vaxt gümrah etməyəcək. Asan nəticə əldə etmək arzusu heç də həmişə arzu olunan nəticə deyil.

Dr. Aqil Axundov

loading...

Bunuda oxu...