YOĞUN BAĞIRSAQ XƏRÇƏNGİ

Xərçəng necə əmələ gəlir? Ümumiyyətlə, xərçəng normal hüceyrələrin zədələnməsi nəticəsində onların bədxassəli xarakter almasından yaranır.

Hər bir nomal hüceyrə öz missiyasını başa vurduqdan sonra ölərək yerini yenilərinə verir və beləliklə yeni yaranan və ölən hüceyrələr arasında bir balans olur. Bu balans insanın həyatı boyu orqanların normal fəaliyyətini təmin edir. Amma xərçəng hüceyrələri isə nəzarətsiz bölünür və çoxalaraq qaynaqlandığı üzvün və qonşu orqanların funksiyalarını pozmağa başlayır.

Əsasən yoğun bağırsaq xərçəngi kiçik, xoşxassəli adenomatoz polip adlanan hüceyrə yığıntısı kimi başlayır. Zaman keçdikcə bu poliplər yoğun bağırsaq xərçənginə çevrilir.

loading...

Poliplər kiçik ölçüdə olurlar və əsasən heç bir əlamətlə özünü biruzə vermir. Yoğun bağırsaq xərçənginin ilkin əlamətləri bağırsaq funksiyasında olan pozğunluqlar, nəcisdə qan, davamlı sancılar, qaz və qarında ağrılardır.

loading...

Bunuda oxu...