YOQA VƏ MEDİTASİYANIN GENLƏRƏ TƏSİRİ

MeditasiyaYogameditasiya dincəlməyə kömək etməkdən əlavə, daha çox hallarda yararlı ola bilər. Yeni elmi baxış onu göstərir ki, bunlar və digər beyinlə əlaqəli olan təlimlər zəif sağlamlıq və depressiya ilə əlaqədər genlərdəki stress dəyişikliklərini aradan qaldıra bilər.

“Frontiers in İmmunology” jurnalının yeni sayında Britaniya tədqiqatçıları özlərindən əvvəl 846 insanın iştirak etdiyi araşdırmaları analiz ediblər. Onların bu araşdırmalarına meditasiya, yoqa, nəfəs alma təlimlərinin bioloji nəticələri daxildir. Müəlliflər deyir ki, ümumilikdə araşdırmalar göstərir ki, bu beyinlə əlaqəli təlimlər  iltihaba səbəb olan genlər və genetik yolların təsirliliyini dayandırır.

Araşdırmaların müəllifləri yazırlar ki, bu təlimlər immun sistemini gücləndirir və infeksiya, zədəyə qarşı qoruyucu ola bilər. Lakin günümüzə psixoloji stressin üstünlük təşkil etdiyi cəmiyyətdə, orqanizmin iltihabı xroniki xarakter daşıya bilər və həm fiziki, həm də psixi sağlamlığı daha da pisləşdirə bilər.

loading...

Tədqiqatçılar müəyyən ediblər ki, mütəmadi olaraq bu təlimləri tətbiq edən insanların orqanizmində iltihabın əlamətləri, o cümlədən, iltihab proteinlərinin yaranması az olur. Ətraf mühit və həyat tərzi hansı genlərin üzə çıxıb çıxmamasına təsir göstərir və bunun xəstəlik risklərinə, uzunömürlülüyə və hətta gələcək nəsillərə ötürülməsinə də həqiqi təsirləri olur. Gərgin hadisələr orqanizmdə stresslə əlaqədər dəyişiklərin zəncirvari reaksiyanı yaradır və buna iltihab yaradan proteinlərin əmələ gəlməsində xüsusi genlərin aktivləşməsi də daxildir.

loading...

Bunuda oxu...