YODUN ORQANİZM ÜÇÜN ƏHƏMİYYƏTİ

YodYod qalxanvari vəzin hormonlarının tərkibində yer alaraq orqanizmimizdə vacib rol oynayan bir elementdir.  Orqanizm yodu sintez edə bilmir. Yod ehtiyacımızı qidalar vasitəsi ilə ödəyirik.

Orqanizmə daxil olan yodun demək olar ki hamısı qalxanvari vəz tərəfindən hormon sintezi üçün istifadə olunur. Ürəyin ritmini, canlıların böyümə sürətini, metabolizmanın sürətini, sinirlərin cavab verməsini, orqanizmdə zülalların sintezini tənzimləyən məhz bu hormonlardır.

Yod bir coğrafi ərazidə torpaqda və sularda azdırsa, orda əldə edilən qida maddələrində və suda da az olacaqdır. Yod əsasən dağlıq zonalarda az, dəniz sahillərində isə çox olur. Yodlaşdırılmış duz istifadə edilən ailələrdə yod defisiti az görülür.

loading...

Hamilələrdə yod çatışmazlığı dölün inkişaf qüsurlarına, düşüklərə səbəb ola bilər. Hamilədə yod çatışmazlığı olan anadan doğulan uşaqda hipotiroidizm problemi ola bilər. Bu səbəbdən hamilələrə yod defisiti təyin olunub, korreksiya edilməlidir.

Yod defisiti müxtəlif yaşlarda özünü müxtəlif formalarda göstərir:

Yenidoğulmuşlarda kobud ağlama səsi, böyük dil, əmməkdə çətinlik çəkmə, əmgəyin ölçülərinin böyük olması. Problem 3 ay ərzində diaqnoz qoyulub müalicə edilmədiyi təqdirdə geridönməz dəyişikliklərə səbəb olur.

Daha böyük yaşlı uşaqlarda boyun uzanmaslnda durğunluq, inkişafın zəifləməsinə səbəb olur.

Məktəb yaşlı uşaqlarda öyrənmə və əzbərləmədə çətinlik, dərslərdən geri qalma, riyaziyyat kimi çətin fənnləri qavraya bilməməyə gətirib çıxarır.

Yod çatışmazlığının qarşısını almaq üçün:

Yodlaşdırılmış duz istifadə edilməli

Duz işıq keçirməyən ağzı qapalı qablarda saxlanmalı, yemek bişirildikdən sonra əlavə edilməlidir. Çünki isti yodun buxarlanmaslna səbəb olur.

Qida rasionuna dəniz məhsulları, qırmızı ət, toyuq əti, qoz başda olmaqla çərəzlər, taxıllar, süd və süd məhsulları, yumurta, çiyələk, banan kimi yodla zəngin qidalar daxil edilməlidir.

Dr. Ellada Nağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...