YOD KLETKASI

Yod kletkası niyə edilir? Yod dezinfeskiyaedici bir maddədir. Bu doğrudur. Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki tod dəridən qana keçərək də eyni işi görə bilir. Bəs yod qana keçərsə bədəndə yod artıqlığına gətirməzmi?

Yəqin ki gətirər. Buna görə də ehtiyatlı olmaq lazımdır

Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər. Yod kletkası çəkiləndən 2-3 saat ərzində çəkilirsə bu bədəndə yodun əksikliyindən də xəbər verə bilir. 6-8 saat sonra çəkilirsə diqqətli olmaq lazımdır. Bədəndə yod toxluğu varmış deməkdir.

loading...

Yod allergiyaya səbəb ola bilər. Ona görə ilk istifadə dirsək büküşüşünün içəri səthinə edilməlidir (buranın daha həssas olduğunu nəzərə alsaq).

Yod dərindən qıcıqlandırıcı təsir edərək qan dolaşımına müsbət təsir edir. Hərarət olduğu zaman edilməməlidir. Bir yaşdan kiçik uşaqlara ümumiyyətlə olmaz yanıq törədər deyə. 3 yaşdan kiçik uşaqlara isə qalxanvari vəzin tam funksiya göstərmədiyi səbəbdən olmaz.

Yod kletkası ürək nahiyəsinə edilməz, qalxanabənzər vəz nahiyəsinə də olmaz boğazda. Burada maddənin dəridən sorularaq matriks boyunca proyeksiyasında olduğu orqana yetişməsi ehtimalı var.

Dəridə yaralar üçün 10%li yod məhlulu istifadə edildiyi halda, ağız boşluğu və boğaz yaxalamaları üçün 1%li yod məhlulu tövsiyə edilir

Bir sözlə ehtiyatlı olmaq lazımdır və necə gəldi istifadə etmək olmaz. Xüsusilə, uşaqlarla ehtiyatlı olmaq lazımdır.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...