YENİYETMƏ QIZLARDA AYBAŞI

Qızlarda cinsi yetişkənlik məmə tumurcuqlanması ilə başlayır, qasıq və qolaltı tüklənmə, ardından aybaşının başlaması ilə davam edər.

Menarş (aybaşı) əsasən məmə tumurcuqlanmasından 2 il sonra başlayır. Ortalama 12.5 – 13 yaşlarda olur. 10 yaşından tez menarş başlaması – erkən, 16 yaşından gec başlaması isə – gecikmiş olaraq dəyərləndirilir. Başlanğıcda anovulyator və qeyri-requlyar ola bilər.

13 yaşında qızda məmə inkişafı ilə bərabər aybaşı da yoxsa-cinsi inkişaf ləngiməsi baxımından araşdırılmalıdır.

loading...

3-4 il öncə məmə gəlişimi olub, lakin aybaşı olmursa birincili amenoreya baxımından araşdırılmalıdır.

Dr. Ləman Sultanova

loading...

Bunuda oxu...