YENİDOĞULMUŞLARDA  SARILIQ

Körpə dünyaya gəldiyi ilk həftə ərzində rəngi sarala bilər. Bir çox gənc anaları bu qorxudur.  Ancaq narahat olmayın! Bu, normal, fizioloji sarılıq adlanan haldır. Sağlam vaxtında doğulmuş körpələrin 60%-də, vaxtında əvvəl doğulmuş körpələrin 80%-də fizioloji sarılıq müşahidə olunur.

Bu, körpənizin ana bətnindən işıqlı dünyaya gəlməsi ilə orqanizmində baş verən fizioloji proseslərin nəticəsidir. Gəlin, onu araşdıraq.

Sarılığın meydana gəlməsinin səbəbi:

loading...

İnsan qanında eritrosit adlanan xüsusi qan hissəcikləri var, bunlar vaxtaşırı yenilənir. Həmin eritrositlər körpələrdə daha çox olur. Bunlar məhv olduğu zaman bilirubin ortaya çıxır. Bilirubin zərərlidir, qaraciyərdə zərərsizləşdirilir.

Zərərsizləşdirilə bilməyən bilirubin dəriyə, skleraya çökür sarılıq yaranır. Ana bətnində bu funksiyanı ananın qaraciyəri yerinə yetirir, doğulandan sonra körpənin qaraciyəri tam formalaşmadığından hamısını zərərsizləşdirə bilmir, fizioloji sarılıq yaranır. Fizioloji sarılığın uşaq üçün heç bir təhlükəsi yoxdur.

Yalnız anası şəkərli diabetdən əziyyət çəkən yarımçıq doğulmuş uşaqlar və əkizlər, üçüzlər risk qrupuna daxildirlər. Fizioloji sarılığı heç bir müalicə etməyə ehtiyac yoxdur. Bütün hallarda gənc analar bilməlidir ki, fizioloji sarılıq körpə üçün heç bir təhlükə daşımır. Normal fizioloji hal kimi öz-özünə keçəcəkdir.

loading...

Bunuda oxu...