YENİ EKSPERİMENT XƏRÇƏNGƏ QARŞI EFFEKTLİ OLDU

Xərçəngin müalicəsiXərçəngin müalicəsinin yeni metodu böyük maraq doğurur. O immun sisteminin xərçəng hüceyrələrinə qarşı mübarizəsini gücləndirir. Maraq, 90% ölümcül xəstələrin remissiya (xronik xəstəliyin simptomlarının azalması) mərhələsinə keçdikdən sonra yaranıb.

Xərçəngin müalicəsi eksperimenti zamanı ağ qan hüceyrələri (leykosit), leykemiya ilə xəstə, pasientlərin bədənindən çıxarılıb və laboratoriyada modifikasiya edilib. Sonra həmin hüceyrələr yeninədən pasientin qan sisteminə qaytarılıb.

Ancaq eksperimentin tam nəticələri hələ dərc edilməyib. Mütəxəssislər deyirlər ki, tədqiqat xərçəngin müalicəsində böyük nikbinlik yaradır, baxmayaraq ki, bu hələ ilk addımdır.

loading...

Eksperiment haqqında ilk dəfə Amerikanın Elmin inkişafına yardım assosisasiyasının (The American Association for the Advancement of Science) Vaşinqtonda keçirilən illik konferensiyasında xəbər verilmişdir.

Sietldə yerləşən xərçəng tədqiqatı üzrə Fred Hatçinson mərkəzinin nümayəndəsi, Professor Stenli Riddel (Stanley Riddell) deyir ki, eksperimentlərdə iştirak edən pasientlərin digər müalicə kursları nəticə verməmişdir. Və həmin xəstələrin 2 və 5 ay ömürləri qalmışdır.

“İlkin nəticələr misilsizdir” – professor konferensiya zamanı, deyir. Ancaq digər mütəxəssis, alimlərin hələ prosesi tam anlamadıqlarını bildirir, çünki nəticələr tam dərc edilməyib. Eksperimentin yan effektləridə olub, iki xəstə hətta vəfat edib. Xərçənglə ölümcül xəstələrdə belə yan effektlər mümkündür və gözləniləndir.

Britaniyada xərçəngin tədqiqatı mərkəzinin həkimi Alan Vorsli deyir ki, proses ümidvericidir, ancaq hələ ilk addımlar edilib. “Biz müəyyən zamandır ki bu texnologiya ilə işləyirik – hüceyrənin genetik dəyişdirilməsi. Hələ ki, o ümid verir. Qan xərçənginin bir çox növlərinin müalicəsidə standart metodlar effektlidir. Bu metod onların effektiv olmadığı zaman istifadə olunur.”

loading...

Bunuda oxu...