YAYILMIŞ GİNEKOLOJİ XƏSTƏLİKLƏR

İltihabi ginekoloji xəstəliklər ən çox yayılmış və hər qadının ömründə ən azı bir dəfə də olsa qarşılaşdığı xəstəliklərdən hesab olunur.

Ginekologiyada iltihablı xəstəliklərin səbəbləri həmişə staflokokk və ya streptokokk, enterokokk və ya “göbələk” kimi infeksiyalar, həmçinin, cinsi yolla keçən infeksiyalar olmuşdur. Vaginal disbioz (vaginal mikrofloranın normal balansının pozulması) iltihabi xəstəliklərin inkişafı ehtimalını artırır və patogen mikroorqanizmlərin daxil olmasını asanlaşdırır.

Kəskin iltihabi ginekoloji xəstəliklər müalicə edilməzsə, düzgün müalicə edilməzsə və ya axıra qədər müalicə olunmazsa, eyni zamanda, xoşagəlməz fəsadların inkişafı baxımından da, onlar qısa bir vaxtda xroniki formaya keçdiyi üçün, xəstənin həyatı üçün təhlükə yaradar. Belə fəsadlara hamiləliklə bağlı müxtəlif problemlər və adi hamiləlik zamanı baş verən düşüklər aiddir.

loading...

Ginekoloji praktikada ən çox adneksit, salpingit, servisit və endometritə rast gəlinir

Adneksit və ya salpinqooforit – yumurtalıqların və uşaqlıq borularının (uşaqlıq artımlarının) iltihabi xəstəliyi olub, birtərəfli və ya ikitərəfli ola bilər. Bu xəstəlik uzun illərdir ki, qadının genital orqanlarının bütün xəstəlikləri arasında “xurma ağacı”nı xatırladır. Adneksitin kəskin forması zamanı qarının aşağı nahiyəsində olan ağrılar sakruma, aralıq nahiyəsinə və aşağı ətraflara, eləcə də, bel nahiyəsinə irradiasiya edə bilər. Ağrılar selikli və ya irinli ifrazatların görünməsi, titrəmələr, bədən temperaturunun qalxması və ümumi “zəifliklə” müşaiət olunur.

loading...

Bunuda oxu...