YAY AYLARINDA CİNSİ MÜNASİBƏTDƏ OLARKƏN DİQQƏT

Əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir.

Yayda insanlar dincəlmək üçün başqa şəhərlərə, kurort zonalarına, istirahət mərkəzlərinə səfər edirlər və orada bəzi insanların şübhəli cinsi əlaqələri olur. Belə xəstəliklərə yoluxanlar səfər etdikləri yerlərdə bunun dərinliyinə varmırlar. Amma istirahətdən qayıtdıqdan sonra onların səhhətlərində müəyyən problemlər yaranır. Ona görə də payız aylarında bu xəstələrin sayında müəyyən artım müşahidə edilir

Xəstəliklərə yoluxan kişilərin əksəriyyəti çox zaman müalicəyə laqeyd yanaşırlar. Onlar həkimlərə xəstəliyin kəskin mərhələsində müraciət edirlər.

loading...

Belə xəstəliklərə daha çox öz orqanizmlərinə qeyri-ciddi yanaşan adamlar yoluxurlar. Onlar çox zaman bu infeksiyalarla gəzirlər, fikirləşirlər ki, bu, öz-özünə keçər. Lakin sonda xəstəlik xroniki hal alır və müxtəlif fəsadlar verir.

Öz sağlamlığınızın qeydinə qalın və vaxtında həkimə müraciət edin.

loading...

Bunuda oxu...