YAXŞI YA PİS İNSAN OLDUĞUMU NECƏ BİLƏ BİLƏRƏM

Mən yaxşı ya pis insan olduğumu necə bilə bilərəm? Tim Urban bizə kömək etməyə çalışır. O hesab edir ki, insanın alma kimi 3 qatı var: qabıq, lət və “ürək” hissə.

Qabıq bizi ətrafdakı az tanış olduğumuz insanların gördüyü və təəssüratlarıdır. Yadınıza salın, siz ofisantlarla, satıcılarla, sürücülərlə nəzakətlisinizmi? İlk görüşdən insanların xoşuna gəlirsinizmi? Az tanış olduğunuz kolleqalar sizi xoşxasiyyət hesab edirmi? Əgər bütün bu suallara “hə” dedinizsə, rahat qabığınıza “yaxşı” deyə bilərsiniz.

Lət – ailə, dostlar və sizi yaxşı tanıyan insanlar məhz bu hissə ilə təmasda olur. Siz tez-tez qeybət edirsiniz? İnsanları mühakimə edirsiniz? Yaxınlarınızı müdafiə etmirsiniz? Dostlarınızın uğuruna sevinə bilmirsiniz? Ancaq özünüz haqqında danışmağı sevirsiniz? Sirr saxlaya bilmirsiniz? Borcları qaytarmırsınız? Ara-sıra yalan danışırsınız? Əgər cavab “yox”dursa, yenə “yaxşı” deyə bilərsiniz. Əks təqdirdə “pis” yazın.

loading...

Ürək” – bu ən,ən,ən yaxın insanlara açılan hissədi. Bəziləri isə ümumiyyətlə o hissəni heç kəsə açmırlar. Özünüzü yoxlayın: təsəvvür edin ki, yanınızda düymə var və ona bassanız ən böyük arzunuz yerinə yetəcək. Amma eyni zamanda dünyada 1000 adam təsadüfü öləcək və heç kəs heç vaxt bilməyəcək ki, bunu siz eləmisiniz. Düyməni basarsınızmı? Cavabları artıq özünüz də bilirsiniz. “Pis”-“Yaxşı” olaraq qeyd edin.

8 tip insan alınmalıdı:

qabıq-lət-“ürək”

yaxşı-yaxşı-yaxşı

pis-yaxşı-yaxşı

yaxşı-pis-yaxşı

pis-pis-yaxşı

yaxşı-yaxşı-pis

pis-yaxşı-pis

yaxşı-pis-pis

pis-pis-pis

Dr. Günel Əhmədova

loading...

Bunuda oxu...