YATAQ YARALARI

Yataq yaraları uzun müddət yataqda qalan zəif xəstələrdə baş verən distrofık xora—nekroz prosesbridir. Yataq yaraları yumşaq toxumalann sıxıldığı yerlərdə əməmlə gəlir. Adətən, belə yerlər oma, kürək, böyük burma və dirsək nahiyəsidir. Dəriyə pis qulluq edilməsi, döşəyin rahat olmaması, gec-gec çevrilməsi də yataq yarasmın əmələ gəlməsinə səbəb olur.

Yataq yarasının ilk əlaməti-dərinin ağarıb sonra qızarması, şişməsi, onun üst qatının qopmasıdır. Bundan sonra suluqlar və dərinin nekrozu əmələ gəlir. Ağır hallarda nəinki yumşaq toxumalar, həmçinin sümüküstlüyü və sümük maddəsinin üst qatları da ölür. İnfeksiya da qoşulduqda sepsis baş verir və xəstənin ölümü ilə nəticələnir.

Yataq yaralarının profılaktikası:
1) xəstənin vəziyyəti imkan verərsə, onu gündə bir neçə dəfə böyrü üstə çevirməli:

loading...

2) gündə bir neçə dəfə döşəkağı çırpılmalıdır ki, üstündə çörək qırıntıları olmasın;

3)döşəkağının və xəstənin alt paltarının qırışıq və yamaşıq olmamasına fıkir verməli;

4) uzun müddət yataqda olan ağır xəstələrin altına hava üfürülən rezin dairə qoymaq; ona örtüyü elə taxmaq lazımdır ki, xəstənin oması deşiyə tən gəlsin;

5) hər gün dərini dezinfeksiyaedici məhlulla silməli (məsələn: kamfora qanşıqı, kamfora spirti, araq, odekalon, sirkə məhlulu və s.); bunlar olmadıqda isə dərini ilıq su ilə isladılmış dəsmalla silib qurulamalı;

6) dəri qızarmış olduqda yerli qan dövranını yaxşılaşdırmaq üçün həmin yeri quru dəsmalla sürtməli;

7) dərisi yeyilmiş yerləri soyuq su və sabunla yuyub, spirtlə silməli və sonra pudra səpməli.

Suluqlar əmələ gəldikdə bunlara brilyant abısının spirt məhlulunu sürtür, sonra quru sarğı qoyurlar. Nekrozun sərhədləri aydın bilinəndə ölmüş toxumaları kəsib götürür və yaraya 1%-li kalium-permanqanat məhlulu ilə isladılmış steril salfetka qoyurlar; sarğını gündə 2—3 dəfə dəyişirlər.

Yara təmizləndikdə məlhəm qoyurlar, məsələn, Vişnevski məlhəmi. Xəstələrdə yataq yaralarının əmələ gəlməsi, adətən, onlara pis qulluq edilməsini və xəstəxanada sanitariya mədəniyyətinin aşağı olmasını göstərir.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...