YARALAR HAQQINDA

Hər bir canlı ömür boyu müxtəlif səbəblər ucbatından zədələnmə və yaralanmalara məruz qalırlar.  Dinc şəraitdə yaralar: 96% məişət, nəqliyyat, idman zədələnmələri və 3,5% suiqəsdlər zamam törənir. Yara – mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin tamlığınm pozulmasıdır.

Mexaniki zədə kəskin alətlərlə törənirsə və dəri tamlığı pozulursa bu yaradır. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Ağrı  hissiyyatı yara nahiyəsində sinirlərin kəsilməsi və inkişaf edən toxumaarası ödemlə sinir uclarınm sıxılması nəticəsində meydana çıxır. Yara nahiyəsində ağrıların intensivliyi, davametmə müddəti və bədəndə törətdiyi dəyişikliklər ağrı reseptorlarmın (dəri, büzdüm, sümüküstlüyü, barmağın ucu) çox olmasından və iri sinir kötüklərinin zədələnməsindən asılıdır. İti alətlə törədilən yaralarda, narkotik maddələr və spirtli içkilər qəbul etmiş şəxslərdə ağrı hissiyyatı nisbətən zəif olur.

Ağrı insan bədəninin qıcığa qarşı müdafıə reaksiyasıdır. Ağrı hissiyyatı törədən səbəblərin təsiri davam etdikdə sinir sisteminə fasiləsiz yönələn ağrı impulsları əvvəlcə sinir sistemində oyanıqlıq, sonra ləngimə və nəhayət, cavab reaksiyasının tükənməsinə səbəb olur və bu vəziyyət isə həyati əhəmiyyətli üzvlərin fəaliyyətinin pozulması şok ilə nəticələnir.

loading...

Qanaxma yaranın əsas əlamətidir. Zədə təsirindən toxumalardakı qan və limfa damarlarının divarının tamlığı pozulur və damardan axan qan, limfa yara kanalı ilə dəri, yaxud selikli qişa səthinə çıxır. Zədələnmiş damarın anatomik quruluşundan və diametrindən asılı olaraq qanaxmanın intensivliyi, zəif və ya çox güclü ola bilər. Qanın laxtalanma sisteminin vəziyyətindən asılı olaraq zəif qanaxmanın özü də həyat üçün təhlükə yarada bilər.

Yara səthi yaranın ölçüləri ilə təyin edilir. Yaranın böyük və kiçikliyi dərinin elastiki liflərinin quruluşunun tamlığını pozulmasından asılıdır.

Tibbi yaralara cərrahi kəsiklər zamanı törənən yaralar aiddir. Bu yaralar müalicə və diaqnostik məqsəd üçün aseptik şəraitdə, tam ağnsızlaşdırma və ciddi hemostazla törədilir. Əməliyyat qurtardıqdan sonra yara səthi qat-qat tikilirvə bütün anatomik toxumaların tamlığı bərpa olunur, yara əlamətləri tamamilə ləğv olunur, bu yaralar adətən birincili sağalır.

Odlu silah yaraları çox vaxt müştərək xarakterli olur – yüksək kinetik enerjiyə malik güllə iki boşluğu deşib keçir (müştərək köks və qarın yaralanması) sümükləri, iri damar-sinir dəstəsini parçalayır. Toxumalarda müqavimətə rast gəldikcə güllə istiqamətini dəyişir və yara kanalında əyriliklər əmələ gəlir. Odlu silah yaraları bütün hallarda yaranın infeksiyalaşması ilə fəsadlaşır. Geniş toxuma sahəsi nekrozlaşır, güllə üzərində olan yağlı çöküntü, yara kanalına daxil olmuş paltar parçası, yad cismlər, torpaq, ot-saman, çoxsaylı bakteriyalar yaranın irinləmə ehtimahnı xeyli artırır. Yara kanalına havanın daxil olmaması anaerob infeksıyanm inkişafı üçün şərait yaradır.

İrinli yara  infeksiyalaşması artıq baş vermiş yarada çoxlu miqdarda mikroblar, onların toksinləri, nekroza uğramış toxumalar, çoxlu iltihab mənşəli ifrazat və ümumi intoksikasiya əlamətləri müşahidə olunur.

Daxilə keçən yaralar çox ağır xəsarətdir. Birincisi, yara kanalı ilə boşluğa infeksiya keçməsi seroz örtüklərin irinli iltihabına (meningit, plevrit, peritonit, artrit) səbəb ola bilər. İkincisi, daxilə keçən yara (qarın boşluğu) boşluqlu üzvlərin zədələnməsinə, qanaxma, onların möhtəviyyatınm qann boşluğuna axıb peritonit törətməsinə görə təhlükəlidir.

Yara prosesinin kliniki gedişi yara törədildiyi andan sağalana qədər yarada və bütövlükdə bədəndə gedən dəyişikliklər yara prosesinin gedişini təşkil edir. Şərti olaraq bu proses yerli yarada və ümumilikdə bədəndə davam edir.

loading...

Bunuda oxu...