YADDAŞ NƏDİR

Yaddaş orqanizm tərəfindən qəbul edilmiş informasiyaların saxlanılması, möhkəmlənməsi, yada salınaraq ifa edilməsi prosesidir.

YaddaşTəkamül prosesində formalaşan yaddaş ibtidailərdən tutmuş ali heyvanlara qədər olan bütün canlılarda vardır.

İnformasiyaların saxlanılma müddətinə görə qısamüddətli və uzunmüddətli yaddaş növləri mövcuddur. İki əsas yaddaş mərhələlərindən başqa görmə yaddaş mərhələsi də vardır.

loading...

Qısamüddətli yaddaş yarımkürələr qabığının, uzunmüddətli yaddaş baş beynin limbik sahəsinin fəaliyyətli ilə bağlıdır.

Qısamüddətli yaddaş təfəkkür əməliyyatı yerinə yetirdiyi üçün ona operativ yaddaşda deyilir. Qısamüddətli yaddaşın mexanizmi impuls seçimi neyron zəncirində dövr etməsi ilə əlaqəli olması güman edilir. Uzunmüddətli yaddaşdan fərqli olaraq qısamüddətli yaddaş kənar qıcıqların (narkoz, hipoksiya və s.) təsirindən pozulması göstərilən ideyanı təsdiqləyir.

İnsanın fizioloji və psixi fəaliyyətində ən böyük yeri uzunmüddətli yaddaş tutur ki, onun da semantik və epizodik yaddaş adlı iki forması vardır.

Semantik yaddaşa nitq zamanı lazım olunan informasiya aiddir. Semantik yaddaşı qramatik və riyazi qaydalar haqqında baş beyində toplanmış informasiya təşkil edir.

Epizodik yaddaş özündə fəaliyyətdə olan insanın müəyyən hadisələr haqqında baş beynində toplanmış informasiyanı cəmləşdirir.

Qısamüddətli və uzunmüddətli yaddaş formaları fəaliyyətdə olan insanın həyatında qarşılıqlı, əlaqəli şəkildə özünü əks etdirir.

İ. P. Pavlovun şərti refleksləri haqqında təlimi yaddaşın fizioloji mexanizmlərinin öyrənilməsində böyük imkanlar açmışdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...