XURMANIN FAYDALARI

xurmaXurma orta kalorili, tərkibində yağların miqdarı çox aşağı, həm də qida lifləri ilə zəngin meyvədir. 100 qr təzə meyvə həll olunan və həll olunmayan liflərin gündəlik tələbatının 3.6 qramm və ya 9.5% -nı ödəyir. Qida lifləri bağırsaığın normal işləməsi ücün cox vacibdir.

Xurmada bol miqdarda olan bir sıra antioksidat birləşmələr vitamin A, β-karotin, likopen, lutein, zeaxanthin və kriptoksantindir. Bu maddələr qocalma və müxtəlif xəstəlik proseslərində mühüm rol oynayan sərbəst radikallara qarşı qoruyucu rol oynayır.

Əhəmiyyətli bir pəhriz karotenoidi olan Zeaxanthin həm antioksidant, həm də gözün makulası üçün vacib maddədir. Beləliklə, xurma yaşlılarda yaşla əlaqəli makula xəstəliyinin qarşısını almağa kömək edir.

loading...

Xurma, eyni zamanda digər güclü bir antioksidan olan C -vitaminin çox yaxşı bir mənbəyidir, xüsusən yerli Çin və Amerika xurmaları. Bu xurmalar gündəlik təlabatın 80%-ni təmin edir.

C vitamini ilə zəngin olan qidaların müntəzəm istifadəsi orqanizmin yoluxucu agentlərə qarşı müqavimətini inkişaf etdirməyə və zərərli sərbəst radikalları təmizləməyə kömək edir.

Həmçinin tərkibində fol turşusu, vitamin B6, tiamin və sairə kimi bir çox qiymətli B kompleks vitaminlərdə var.

Təzə və quru xurmada kalium, manqan, gündəlik təlabatın 15%, mis, gündəlik təlabatın 12%, və fosfor kimi minerallar vardır.

Manqan çox güclü bir sərbəst radikal əleyhinə ferment, superoksid dismutaz üçün bir amildir. Mis sitokrom c-oksidaz və superoksid dismutaz da daxil olmaqla bir çox həyati vacib fermentlərin ortaq hissəsidir. Mis, qırmızı qan hüceyrələrinin istehsalı üçün də lazımdır.

Dr. Arzu Əliyeva

loading...

Bunuda oxu...