XRONİKİ YORĞUNLUQ SİNDROMU

XRONİKİ YORĞUNLUQÇox yorulma – hədsiz yorulma və zəyiflik hissidir. Hər bir insan adi həyatda ağır, gərgin işdən sonra və ya yaxşı yatmadıqda bu cür hal keçirib. Adətən yorğunluq yaxşı, tam yatdıqdan sonra keçir. Əgər simptomlar qalarsa, deməli Sizin orqanizminiz xəstə olduğu barədə xəbər verir.

Uzun müddətli yorğunluqlar xroniki yorğunluq sindromu kimi tanınan (XYS) ciddi xəstəliyin əlaməti ola bilər. Bu sindrom əsasən qadınlarda olur. XYS tutmaları əksər hallarda keçirilmiş viruslu infeksiyalardan sonra olur, lakin bunun səbəbi hələ də tam aydın deyil.

Yorulmanın səbəbləri

loading...

yorulma müəyyən dərmanların qəbuluyla bağlı ola bilər, məsələn soyuqdəyməyə, öskürəyə qarşı, yol tutmasına qarşı, antihistamin və allergiyaya qarşı dərmanlardan, yuxu dərmanlarından, miorelaksantlardan, hamiləliyə qarşı və antihipertenziv vasitələrdən ola bilər;

tənəffüs çətinliyiylə müşahidə olunan xəstəliklər, məsələnə, xroniki bronxit, astma və emfizema;

ürəyin zəyif yığılmasıyla və öz funksiyasını tam həcmdə yerinə yetirməməsiylə keçən ürək çatışmazlığı;

depressiya və narahatlıq halları: pis əhval-ruhiyyə, pis fikirlər;

yuxu və qida rejiminin pozulması.

Yorulma əksər hallarda viruslu infeksiyanı keçirdikdən bir ay sonra əmələ gəlir, həmçinin də bəzi ciddi xəstəliklərin erkən simptomu ola bilər (hepatit, xərçəng, şəkərli diabet, anemiya, ürək xəstəlikləri, hipoqlikemiya, piylənmə, hipotireoz, mononukleoz, revmatoid artrit, miasteniya, alkoqolizm, yuxu pozulmaları).

Xroniki yorğunluq sindromunun simptomları

Yorğunluq halı əksər hallarda həftəsonundan və ya məzuniyyətdən sonra keçir. Bəzən orqanizmə sadəcə istirahət vermək lazımdır ki, o, yenə tam gücüylə işləməyə başlasın.

Əgər Sizi uzun müddət güclü yorulma hissi narahat edirsə, həkimə müraciət edin.

Xroniki yorğunluq sindromunun simptomları, yorğunluqdan başqa, daxil edir:

  • yaddaşın zəyifləməsi və diqqət cəmləşdirmənin azalması;

  • faringit;

  • boyunda və qoltuqaltı nahiyyədə iltihablanmış limfa düyünləri;

  • izah olunmayan əzələ ağrıları;

  • oynaq ağrıları, baxmayaraq ki, onlar şişmir və üzərindəki dəri qızarmır;

  • güclü baş ağrıları;

  • yuxu problemləri;

  • adi iş günündən sonra 24 saat ərzində davam edən hədsiz zəyiflik.

Bəzən XYS diaqnozu çətin qoyulur, çünki onun simptomları bir çox digər xəstəliklərin simptomlarıyla oxşardır. Əvvəlcə Sizin həkiminiz digər xəstəlikləri istisna etməlidir. XYS diaqnozunun qoyulma kriterisi – 6 ay və daha çox uzun müddət ərzində davam edən xroniki yorğunluqdur, və sadalanmış simptomlardan 4-8 daxil edir. XYS əksər hallarda depressiyayla müşayiət olunur.

Siz nə edə bilərsiniz?

Öz vaxtınızı düzgün bölüşdürün. Tez oyanın ki, gününüzü tələsərək və yorqunluq hissiylə keçirməyəsiniz. Başqalarına nəyisə həvalə etməyi öyrənin, xüsusən də həyatınızda çoxlu vəzifə və işləriniz varsa. Fiziki aktiv olun. Gündə heç olmasa 30 dəqiqənizi fiziki məşqlərə ayırın. Yuxudan öncə məşq etməyin, bu, yuxunuzu poza bilər və səhər yorğunluq hiss edəcəksiniz. Optimal vaxt ərzində yatın.

İnsanların əksəriyyətinə doyunca yatmaq üçün 6-8 saat lazımdır. Əgər Siz özünüzdə işləmək arzusunu hiss edirsinizsə, deməli yaxşı yatmısınız. Gün ərzində az da olsa yata bilsəniz yaxşı olar. Bu xüsusən də gərgin həyat ritmi olan yeniyetmələrə və yaşlı insanlara lazımdır, çünki onların yuxusu çox dərin olmur. Lakin əgər gündüz vaxtı yatmaqdan sonra gecə yata bilmirsinizsə, gündüz yuxusundan imtina edin.

Siqaret çəkməyə başlamayın. Siqaret Sizin orqanizminizə oksigenin daxil olmasını əngəlləyir, çünki oksigeni həyati təhlükəli olan dəm qazıyla əvəz edir. Əgər Siz uzun müddət ərzində siqaret çəkirsinizsə, bu zərərli vərdişdən əl çəkmək asan olmayacaq. Lakin buna baxmayaraq heç olmasa çəkdiyiniz siqaretlərin sayını azaldın.

Mümkün qədər az kofein və spirtli içkilər qəbul edin. Alkoqol depressant kimi təsir edir, o yalnız yorğunluq gətirir, güc vermir. Kofein isə qısa müddətli aktivlik gətirir, sonra isə kəskin yorğunluqla nəticələnir.

Uyğun olan qidalanma rejimi seçin: bəzi insanlar yüngün qəlyanaltıdan sonra daha yaxşı işləyirlər, digərləri isə yaxşı yedikdən sonra işləyə bilir. Yağlı yeməklərdən qaçının, çünki piylər karbohidratlardan daha yavaş həzm olunur, və bu Sizin aktivliyinizi azalda bilər.

Gün ərzində işinizdə qısa fasilələr edin.

Məzuniyyətə çıxın, və ya heç olmasa telefonunuzu söndürün və evdə istirahət edin. Televizora mümkün qədər az baxın. Əgər televizora istirahət etmək üçün baxırsınızsa, tez ya da gec aşkar edəcəksiniz ki, ləng və ağır olmağa başlayırsınız. Daha aktiv istirahət etməyə çalışın, məsələn, açıq havada gəzin və ya kitab oxuyun. Özünüzü sakitləşdirmək üçün bir yol tapın. Həzin musiqiyə qulaq asın, Sizə rahatlıq hissi verən fraza və ya duanı oxuyun. Özünüzü dəniz kənarında, dağlarda və ya dünyanın istənilən digər yerində təsəvvür edin.

Həkim nə edə bilər?

Həkim, yorulmanın səbəbi olan sistematik pozulmaları aşkar edə bilər. Həkim müayinə edəcək və diaqnostika üçün vacib olan tədqiqatları təyin edəcək.

XYS effektiv müalicə üsulu yoxdur, lakin simptomların müalicəsi Sizin vəziyyətinizi düzəldə bilər. Əgər həkim vacib hesab edərsə, o Sizə ağrıkəsicilər və ya antidepressantlar təyin edəcək.

Reabilitasiyalı tibb mütəxəssisi Sizə gününüzü planlaşdırmağı öyrədəcək ki, vaxtınızı xeyirli istifadə edəsiniz. Ola bilər ki, Sizə psixoloqun köməyi lazım olacaq.

Çox yorulmanın profilaktikası

  • müntəzəm olaraq fiziki məşqlər edin ki, ürəyiniz və ağciyərlərinizin fəaliyyəti düzəlsin və əzələləriniz möhkəmlənsin;

  • özünüzə xobbi tapın ki, boş vaxtlarda darıxmayasınız;

  • dostlarınızla görüşün, sərgilərə və teatra gedin;

  • nəyin Sizi narahat etdiyini müəyyən edin və problemlərinizi yavaş-yavaş həll edin;

  • boşalmağı və stresslə mübarizə etməyi öyrənin, bu yolda Sizə tənəffüs gimnastikası, əzələ relaksasiyası üçün məşqlər, massaj və ya meditasiya kömək edə bilər;

  • yuxugətirici dərmanları içməməyə çalışın, çünki onların çox mənfi təsirləri var və onlara öyrəşmə yarana bilər;

  • alkoqol və siqaretlərdən imtina edin.

Dr. Nahid Məhərrəmov

loading...

Bunuda oxu...