XRONİKİ YORĞUNLUQ

Xroniki yorğunluq günümüzün ən aktual şikayətlərindən biridir. İnsan özünü daim yorğun hiss edir və istirahət etməsinə baxmayaraq bu yorğunluq hissi keçmir.

Bundan başqa diqqətin və yaddaşın pozulmasını, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren tipli, yuxunun pozulması, gecələr yuxusuzluq, gündüzlər yuxulama hallarını göstərmək olar.

Xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi baş verir.

loading...

Yaranma səbəbləri:

şəkərli diabet

qalxanvari vəz xəstəlikləri

stress

yuxusuzluq

depressiya

anemiya

düzgün qidalanmamaq

ürək damar xəstəlikləri və s.

Düzgün həyat tərzi və xəstəlikləri müalicə etməklə xroniki yorğunluqdan qurtulmaq olar.

Dr. Gülşən Quliyeva

loading...

Bunuda oxu...