XRONİKİ ÖSKÜRƏK

ÖskürəkUşaqlarda xronik öskürək sıx qarşılanan bir problem olub, ən cox həkimə müraciət və dərman qəbulu səbəblərindən biridir. Öskürək normal tənəffüs fiziologiyasının bir hissəsi olub , tənəffüs yollarını epitel artıqlarından, yad cisimlərdən qoruyan önəmli bir qorunma mexanizmidir.

Uşaqlarda öskürək davam etmə müddəti, yaranma səbəbi, xarakterinə görə sinifləndirilməlidir. ACCP (Amerika College of Chest physicians) tərəfindən 4 həftədən uzun sürən öskürək xronik öskürək, BTS (British Thoracic Societes )tərəfindən isə 8 həftədən uzun sürən öskürək xronik öskürək olaraq tanınır.

Xronik öskürəkdə sorulması vacib olan nöqtələr aşagıdakılardır:

loading...

Öskürəyin başlanğıc yaşı: Yaş nə qədər kiçikdirsə anadangəlmə tənəffüs yollarının tam formalaşmaması ethimalı, aspirasiona (tənəffüs yollarının tıxanıqlığı) meyillilik yaradan faktorlar araşdırılmalıdır.

Öskürəyin xarakteri: Böyüklərdən fərqli olaraq uşaqlarda bəzi xarakterik öskürəklər həkimlərə diaqnoz qoymağa kömək edir. Öskürəyin gecə və ya gündüz olması, yuxu və ya yeməklə əlaqədar olması, qıcıqlandırıcıların məlum olması diaqnoz qoymaqda yardımcıdır.

Məs: bronxial astma üçün tipik olan öskürəklərdə allergenlər, siqaret tüstüsü, virus infeksiyaları kimi faktorlar əsas rol oynayır.

Yeməkdən sonra ilk saatlarda başlayan və yatarkən artan öskürək qastroezofageal (mədə qida borusu) reflüksüna bağlı ola bilər.

Bu və ya digər səbəbli xronik öskürəkdən əziyyət çəkən uşaqların ixtisaslaşmış doktorlar tərəfindən düzgün dəyərləndirilməsi vacib şərtdir.

Dr. Vəfa Nəcəfova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...