XOŞXASSƏLİ VƏ BƏDXASSƏLİ ŞİŞLƏR

Bütün şişlər xoşxassəlibədxassəli şişlərə bölünür. Onları fərqləndirən müxtəlif əlamətlər var. Xoşxassəli şişlərin hüceyrələri quruluş və funksiyalarına görə normalhüceyrələrə bənzəyir. Bədxassəli şişlərin hüceyrələri orqanizmin sağlam hüceyrələrindən ciddi fərqlənirlər.

Bəzən bu fərq o dərəcədə çox olur ki, mikroskop altında bu şiş hansı toxuma və ya orqandan inkişaf etməsini müəyyən etmək mümkün olmur. Çünki bədxassəli şişlərin hüceyrələri böyük sürətlə bölünür və bu səbəbdən normal hüceyrələrə hətta bənzəməyə “çatdırmırlar”.

Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki “aralayır”. Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların içərisinə keçir. Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Bu səbəbdəndə xəstəlik “xərçəng” adı ilə tanınır.

loading...

Bədəxassəli şiş böyüdükdə onun hüceyrələri qoparır və qan və ya limfa axını ilə digər orqanlara yayıla bilir. Nəticədə burada ikincili şiş inkişaf etməyə başlayır. Yalnız bədxassəli şişlər metastazlar verir. Xoşxassıli şişlərə bu xas deyil.

Bədxassəli şiş, əməliyyatla, tam xaric edildikdə belə, burada qalmış ayrı-ayrı xərçəng hüceyrələri vaxt keçdikcə yenidən xərçəng şişi əmələ gətirə bilir.  Bütün bədxassəli şişlər residivləşə bilirlər. Xoşxassəli şişlərdən yalnız əsas olanlar yenidən əmələ gələ bilirlər. Xoşxassəli şişlər bəzən bədxassəli şişlərə çevrilə bilir.

Xoşxassəli şişlər yerli təsir edir, narahatçılıq, bəzən ağrı verir, sinirləri, damarları, ətrafdakı orqanları sıxırlar. Yalnız istisna hallarda belə şişlər insanın ölümünə səbəb ola bilər. Bədxassəli şişlər isə ölümün səbəbi kimi dünyada 2-ci yeri tutur.  Xoşxassəli şişlər insanda ağrıya səbəb ola bilər.

Lakin bədxassəli şişlər bəzi xəstələrdə o dərəcədə güclü ağrılara səbəb olurlar ki, belə ağrıları yalnız narkotik vasitələrin köməyilə aradan qaldırmaq mükün olur.

Xərçəng xəstəliyindən müdafiə olunmağın yolları:

Siqaret çəkməmək. Siqareti tərgitməklə ömrünüzü 10 il artıra bilərsiniz. Araşdırmalar nəticəsində məlum olub ki, siqaretdən istifadə nəticəsində yaranan xərçəng sadəcə ağ ciyərdə deyil, süd vəzilərində, baş, boyun nahiyələrində də rast gəlinir.

Mütəmadi sağlamlıq müayinəsi. İllik müayinələrdən  keçin. Qadın və kişi sağlamlığı müayinə testlərindən mütləq istifadə edin. Ailəsində xərçəng xəstəliyi qorxusu olanlar daha ciddi müayinə etdirməlidir.

Artıq çəkidən qurtulun. Artıq çəki uşaqlıq, uşaqlıq yolları, süd vəzi, qida borusu və böyrəkdə xərçəng xəstəliyinin yaranma riskini artırır. 10 kq çəki itirmək isə insanın xərçəng xəstəliyinə düçar olmaqdan 50 faiz qoruyur. Zeytun yağı, bol göyərti, təzə və vaxtı ötməmiş qida məhsullarından istifadə etməklə xərçəng xəstəliyinin yaranmasından qaça bilərsiniz.

Fəal olun. Xərçəng xəstəliyindən qorunmağın ən yaxşı üsullarından biri də aktiv yaşam tərzidir. Gün ərzində 10 min addım xərçəngdən müdafiə olunmağa kömək edir.

Yaşıl qidalardan çox istifadə. Həftə ərzində 3 və ya 4 dəfə salat yeməklə siqaret tüstüsündən əmələ gələn xərçəng xəstəliyinin qarşısını ala bilərsiniz.

Spirtli içkilərdən az istifadə. Həddindən artıq spirtli içkinin qəbulu qara ciyər xərçənginə tutulma riskini artırır.

Rəngarəng qida. Çoxlu meyvə-tərəvəz yeyin. Qırmızı, bənövşəyi və mavi rəngdə meyvə-tərəvəzlərə üstünlük verin.

Qırmızı ət az, ağ ətdən istifadə edin. Qırmızı ət damar sərtliyi və bir çox xronik xəstəliyə səbəb olur. Bəyaz ət sağlamlıq üçün məsləhətlidir.

Günəş şüalarından müdafiə. Günəş şüaları dəri xərçənginin yaranmasının əsas səbəblərindəndir.

XƏRÇƏNG XƏSTƏLƏRİ ÜÇÜN

Kliniki tədqiqatlar göstərir ki, idman etmək onkoloji xəstəliklərin qarşısını alır və metastazlar yaranmasına mane olur. İdmanın hamı üçün faydalı olduğunu hər kəs bilir. Xüsusilə bu, süd vəzilərinin, yoğun bağırsağın, prostat vəzinin şişi olan xəstələr üçün daha vacibdir. Bu faktların elmə izahı bu yaxınlarda tapılmışdır.

İdmanla məşğul olanlarda böyümənin insulindən asılı faktorunun səviyyəsi aşağı düşmüş olur. Bu isə şiş hüceyrələrinin qidalanmasının pozulmasına xidmət edir. İsrail həkimləri hesab edirlər ki, idman zamanı bu maddə azalır və şişlər «ac qalır» və böyümə baş vermir.

Fiziki gərginliyə məruz qalmayan orqanizmdə bu maddənin çox olması şiş hüceyrələrinin çoxalmasına şərait yaradır. Bu daha çox süd vəzilərində xərçəng əmələ gəlməsinə təsir edir. Minlərlə qadının iştirak etdiyi tədqiqat nəticəsində idmanla məşğul olanlarda o birilərinə nisbətən xəstəlik yaranması ehtimalı demək olar ki, sıfıra bərabər olmuşdur. Amerika Tibb Assosiasiyasının jurnalında bu nəticələr açıqlanmışdır.

Müşahidələr göstərmişdir ki, həftədə 8-9 saat idmanla məşğul olanlarda 20%, 9-14 saat məşğul olanlarda isə süd vəzilərinin xərçənginin əmələ gəlməsi 50% azalmışdır. Sümüklərində metastaz olanlarda idman etmək də vəziyyəti yüngülləşdirir, lakin onlar ehtiyatlı olub, travmalardan uzaq olmalıdırlar.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...