XOŞXASSƏLİ BEYİN ŞİŞLƏRİ

MEDULLOBLASTOMAXoşxassəli beyin şişləri yavaş böyüyən, qonşu beyin toxumasına nüfuz etməyən, başqa orqanlara yayılmayan və beyin toxumasından asan fərqlənən şişlərdir. Sadalanan xüsusiyyətlərə görədir ki, xoş xassəli beyin şişlərinin əksəriyyəti əməliyyatla tamamən sağalır və adətən təkrar əmələ gəlmir. Bu şişlər demək olar ki, metastaz da vermirlər.

Əmələ gəlmə səbəbləri dəqiq bilinməsə də, tədqiqatlar genetik amillər, ətraf mühitin zərərli təsirlərinin (radiasiya, kimyəvi çirklənmə və s.) risk faktorları arasında olduğunu göstərmişdir.

Şişlərin əlamətləri qeyri-spesifik olub, aşağıdakilardan biri və ya bir neçəsi eyni anda görülə bilər:

loading...

baş ağrısı

bulantı-qusma

görmənin zəifləməsi və ya iki görmə

eşitmə problemləri

müvazinətin pozulması

davranışın dəyişilməsi

qıcolmalar

üzdə, əl və ya ayaqda iflic

əl və ayaqlarda uyuşma və s.

Dr. Ruslan Yunusov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...