XOŞBƏXTLİK HORMONLARI

Bizim xoşbəxtlik adlandırdığımız hisslər beynimizdə olan neyrokimyəvi maddələrin varlığı ilə təmin edilir ki, bunlara da “xoşbəxtlik hormonları” deyilir.

Bu xoşbəxtlik hormonları beynimiz müsbət və sevindirici hadisələri təsbit etgiyi an daha fəal şəkildə sintez olunur. Bəs, hansıdır bu “xoşbəxtlik horminları”?! Dofamin, endorfin, oksitosin və serotonin… Bu neyrokimyəvi hormonların hər biri özünəməxsus müsbət bir hiss yaradır.

Dofamin – insan özünə vacib olan hər hansı bir tapıntını əldə etdikdə, keçirdiyi sevinc hissini yaradır.

loading...

Endorfin – ağrini yüngülləşdirən unutqanliq və yüngüllük hissini yaradır. Buna bəzən eyforiya da deyilir.

Oksitosin – təhlükəsizlik hissi yaradıb, qorxunu aradan qaldırır. Məhz buna görə, çox vaxt “sosial əlaqələr” hormonu da adlandırırlar.

Serotonin – etiraf və ətraf mühitə qarşı hörmət, tanıma (qəbul etmə) hissini yaradır.

Bundan başqa, hər bir neyromediator davranışın xüsusi bir növünü formalaşdırır.

Dofamin –mükafat qazanmaq məqsədilə, hətta həyata keçirilməsi xüsusi güc və enerji tələb edən elementlərin əldə edilməsini stimulə edir.

Endorfin – müxtəlif hadisələr, travmalar və ağır yaralanmalar zamanı yarana biləcək qorxu və vahimə hissinindən qorunmaq üçün, ağrini dəf etmək hissini fəallaşdırır.

Oksitosin – cəmiyyət içərisində müxtəlif faktorlardan daha çox müdafiə olunduğunu nəzərə alaraq, ətraf mühitlə münasibətdə güvənin yaranmasini təmin edib, aktivləşdirir.

Serotonin – özünü və ətraf mühiti qiymətləndirməyi, eyni zamanda hörmət etmək hissini fəallaşdırır.

Beləliklə, “xöşbəxtlik hormonlarının” məqsədləri:

Serotonin – mükafat gözləntisi

Endorfin –fiziki ağrini dəf etmək

Oksitosin – sosial əlaqələr qurmaq

Serotonin – hörmət qazanmaq

Dr. Almaz Əskərova

loading...

Bunuda oxu...