XOŞBƏXT QADIN, YOXSA YAXŞI ARVAD

Həyatın paradoksuna baxın!… Qəribədir?!

Nələrəsə çatmaq üçün nələrisə “qurban” verməlisən…

Qadınlarımızın əksəriyətinin yaşadığı həyat tərzi… Daha yaxşı olmaq, bacarıqlı kimi qəbul olunmaq, gərəkli görünmək üçün “dəridən, qabıqdan” çıxdıqlqrı halda, özlərini “itirdiklərinin”, özlərini unutduqlarının fərqində belə olmurlar… Və nəticədə, vaxtilə “par-par” yanan gözlər öləziyərək, öz gözəlliyini kölgələrdə gizlədir…

loading...

Müqayisə edək:

Müasir “Yaxşı arvada” xas olan əlamətlər:

Baxımlı və səliqəli, evdə bütün qaydalara, normativlərə tam ciddi şəkildə nəzarəti tənzimləyən, yüksək kulinarlıq bacarığı nümayiş etdirərək, gündə bir neçə dəfə bütün ailə üzvlərinə uyğun, onları təmin edəcək şəkildə müxtəlif çeşidli I, II,III etaplı yeməklərin hazirlanmasını asanlıqla yerinə yetirən və bundan məmnunluq duyduğunu hiss etdirməyi bacaran, gün ərzində uşaqların bütün qayğılarını, kaprizlərini qarşılayaraq, dərslərinə yardım edən, evdəki hər kəsin səliqəli və təmiz geyməsinə nəzarət edən, ərinin tələblərini məmuniyyətlə yerinə yetirən nəzakətli, mülayim və səbrli bir xanım…

Yaxşı arvadAmma görək, bütün bu sadalananlara riayət edəndən sonra insanda səbr və mülayimliyin qalması nə qədər realdır?!… Əlbəttə, bir müddətdən sonra, dincəlməyə vaxtı olmayan bu qadın əsəbi, səbrsiz, aqressiv, hətta bir qədər qəddar, öz problemlərinə görə ətrafdakı hər kəsi günahkar görən bir “ifritəyə” və ya yaxşı halda isterik bir xanıma çevrilir.

İndi, bir az fərqli situasuya ilə tanış olaq. Xaotik yaşayan bir xanım obrazı: Uşaqları üçün gigiyenik qaydalara riayət etməsinə baxmayaraq, uşaqların paltar dolabında bir səliqəsizlik, bir qarışıqlıq var. Nahar hazırdı, amma bir qədər yubanıb və ya “çatdırmadığına” görə kənardan sifariş verib. Səhər tezdən durub, “uşaqları narahat etməmək üçün” yataqda xumarlanmaqdan həzz alır, əzizlənir. Yəni, ideal görsənsin, kiməsə xoş gəlsin deyə, özünü qurban vermir.

Özünə vaxt ayırmağı bacaran bu tip qadınlar, sakit, baxımlı, xoşbəxt, bir qədər ərkəsöyn olurlar. Belə qadınların bütün işləri eyni vaxtda görməyə “gücü çatmır”. Əlbəttə, belə “zəif”, “gücsüz” qadının kişinin köməyinə, qayğısına və əzizlənməyə ehtiyacı var. Bu qayğını isə kişilər çox məmuniyyətlə verirlər.

Və hətta, qurur duyurlar. Çünkü belə qadının yanında kişi özünün vacibliyini təsdiq edir və özünə güvəni artır. Heç nə tələb etməyən, amma istədiklərini çox ustalıqla ala bilən, hər şeyi problemə çevirməyən, situasiyaya uyğun hərəkət edən belə qadınlarla hamı üçün rahatdır – uşaqlar onu sevir, ona doğru meyllənir, onu qucaqlayırlar, çünkü o yorğun, əsəbi deyil və daim gülür.

Əri onunla fəxr edir, çünkü ailəsi də, özü də xoşbəxtdir. Bəli, bu əsl qadındır. O, ərində qadınının onsuz əzilib, köməksiz qala biləcəyi hissini yarda bilib…

İdeallıq üçün çox şeyi qurban vermək lazım olur: sağlamlığı, gözəlliyi, əsəbləri, sevgini və s.i…

Əgər xoşbəxt qadın olmaq üçün yaxşı arvad olmaq – ideallıq bir maneədirsə, sizcə, özünü qurban verməyə dəyərmi?!

Dr. Almaz Əskərova

loading...

Bunuda oxu...