XOŞ VƏ BƏD XASSƏLİ ŞİŞLƏR

Xoş xassəli şişlər

Xoş xassəli beyin şişləri ləng böyüyürlər və beyin toxumasından rahatlıqla ayrılırlar. Əməliyyat əsnasında şişin hamısı və ya hamısına yaxını alınır. Bu səbəblə beyin əməliyyatı sonrasında müvəffəqiyyətli nəticələr alınır. Əgər şişin hamısı alına bilməzsə qalan şiş üçün əməliyyat sonrası regional şüa müalicəsi edilə bilər.

Əgər şiş istər xoş xassəli olsun istər bəd xassəli olsun, çox həssas bir nöqtədə tapılırsa və bu zaman əməliyyat riskli olur. Belə xəstələrə şüa müalicəsi və dərman müalicəsi tətbiq edilir.

loading...

Bəd xassəli şişlər

Bəd xassəli beyin şişləri daha təhlükəli şişlərdir, çünki xərçəng hüceyrələrində ibarətdir və həyati təhlükəsi yaradır. Ətraf toxumalara yayılma riski vardır. Bəd xassəli beyin şişlərinin böyümə sürəti olduqca yüksəkdir.

Sürətlə böyüyən bəd xassəli beyin şişləri kütlə görümündən çox yayılmış görünüşdə olduğu üçün tam çıxarılması da olduqca çətin olur. Bəd xassəli beyin şişləri əməliyyatla təmizlənməsi vəziyyətində irəliləyən zamanlarda təkrar əmələ gələ bilir.

loading...

Bunuda oxu...