XOLESTERİN SƏVİYYƏSİNİ ARTIRA BİLƏR

Həyat tərzinə bağlı olaraq bəzi risk faktorları qanda xolesterini artıra bilər. Məsələn:

doymuş yağlarla zəngin qidalanma

idmanla məşqul olmamaq,

loading...

artıq çəkili olmaq,

siqaret çəkmək,

spirtli içkilər içmək.

Doymuş yağlarla zəngin qidalar bunlardır: qırmızı ət, sosis, bərk pendir, kərə yağı, xəmir məhsulları, şirniyyatlar, qaymaq.

Müalicə oluna bilən bəzi xəstəliklər də yüksək xolesterinə səbəb ola bilər, məsələn, hipertensziya, diabet, böyrək və qaraciyər xəstəlikləri, mədəaltı vəzdə kəskin iltihab, tiroid vəzinin normal çalışmaması.

Bəzi sabit risk faktorları da yüksək xolesterinə səbəb ola bilər. Ailənizdə koronar ürək xəstəliyi, insult və ya xolesterinə bağlı başqa xəstəliklər varsa xolesterin səviyyənizin də yüksək olma ehtimalı artır. Yaş, qadınlarda erkən menopauza, etnik qruplar da risk faktorlarıdır.

Dr. Rövşən Həsənov

loading...

Bunuda oxu...