XEYİRLİ HESAB EDİLƏN MƏHSULLAR

Düzgün hazırlanma şərti ilə aşağıdakı məhsullar xeyirli hesab olunur:

Kəpək buğda və digər dənli bitkilərin məhsulları ballast maddələrlə zəngindir və tərkibində BE vitaminləri var. Kəpək bağırsağın fəaliyyətinə tənzimləyici təsir göstərir.

Kartof: nişasta ilə yanaşı, proteinlədə zəngindir. Tərkibində B və E vitaminləri, dəmir və kalium var.

loading...

Təzə tərəvəz, lobya və meyvələr. Bu məhsulları belə dəyərli edən onların tərkibində olan vitamin, mineral və mikroelementlərdir. Göy-göyərti aşağı kalorili olmasına baxmayaraq xüsusilə artıq çəkidən əziyyət çəkənlər üçün çox faydalıdır. Lobyanın tərkibində böyük miqdarda zülal, vitaminlər (xüsusilədə, B), mineral elementlər – kalsium və fosfor var.

Mikroelementlərdən isə – dəmir mis var. Lobyanın tərkibində zülal çox olduğu üçün Vegeteryanlar onu ətin layiqli əvəzləyiçisi hesab edirlər. Meyvənin tərkibində böyük miqdarda fruktoza olduğuna görə çox kalorilidir. Meyvənin növündan aslı olaraq tərkibi fərqli olur.

Sitrus meyvələri C vitamini ilə zəngindir. Quru meyvələr həzm prosesinin pozulması zamanı faydalıdır. Meyvələri alan zaman onların xarici görünüşünü əsas götürmək lazım deyil. Görünüş cəhətdən yaxşı görünən meyvə və tərəvəzlərin tərkibində insanın sağlamlığı üçün zərərli maddələr var.

Süd məhsulları: süd, kəsmik və s. kalsium ilə zəngindir.Vitamin B12, karoten, amin turşuları süd məhsullarını bioloji cəhətdən dəyərli məhsul edir.

loading...

Bunuda oxu...