XAYA BURULMASI

Xaya (testis) burulması və ya xayanın öz ətrafında fırlanması təcili müdaxilə tələb edən bir vəziyyətdir. Xaya burulması uşaqlarda skrotal ağrı, şişkinlik və qızarıqlıq (kəskin skrotum) ilə özünü göstərir. Xayanın tam burulması baş verdikdə təcili müdaxilə edilməzsə xayanın nekrozlaşmasına səbəb olur.

Xayanın burulma səbəbləri:

Xaya burulmasına xayanı tutan bağlarda olan boşalmalar səbəb olur;

loading...

Xayada olan pərdənin spermatik bağın üst hissəsində toplanması səbəbindən;

Zədə və həddindən artıq fiziki aktivlik zamanı;

Cinsi yetkinlik çağındakı, yüksək xaya burulması nisbəti testosteron hormonlarının təsiri ilə xayanın qonşu orqanlara görə daha sürətli böyüməsi nəticəsində;

Müalicəsi:

Təcili olaraq əməliyyat edilərək xaya normal formasına qaytarılır. Nekrozlaşmış formalarda isə cərrahi əməliyyat edilərək burulmuş xaya xaric edilir.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...