XƏZƏR DƏNİZİ

Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır.

Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış kaspi xalqının adı ilə əlaqədardır.  İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça “canavarlar ölkəsi” deməkdir) yaranmışdır.

Xəzər dəniziQədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy,  Xarəzm,  Xvalın,  Dərbənt və s. kimi adlandırılır.  Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə məxtəlif adlar vermişlər.

loading...

Məsələn,  ruslar – Xvalın,  tatarlar – Ağ dəniz, türklər – Kiçik dəniz,  çinlilər – Si Hay, yəni qərb dənizi. Rusiyada Kaspiy adı XVI əsrin əvvələrində meydana gəlmişdir.

Hazırda Xəzər dənizi dünyada ən böyük göl hesab olunur.  Xəzər dənizinin sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir.  2001-ci ilin ölçmələrinə əsasən, Xəzərin suyunun səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır.

Xəzər dənizinin səthinin sahəsi 370 000 km²-dən çoxdur, bu göstərici daim olaraq dəyişir. Dənizin sahəsinin dəyişmə diapazonu 10%-lə 20% arasındadır.  Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür.

Bu çaylar arasında əsas yeri Volqa çayı tutur. Xəzərə çaylardan tökülən su kütləsinin 90%-i üç çayın payına düşür –  Volqa, Kür  və  Ural çayı. Terek, Sulak, Samur çayları ümumilikdə Xəzərə tökülən suyun beş faizini, yerdə qalan suyu isə İranın xırda çayları gətirir.  Xəzər dənizinin şərq sahilindən heç bir çay dənizə tökülmür.

Sərkərdə Makedoniyalı İsgəndərin qoşunları Sırdərya ətrafında olduğu zaman, həmin vaxt  Xəzər və Aral dənizləri bir-birindən ayrılmamışdır, İskəndərin silahdaşları belə hesab etmişlər ki,  SırDərya Xəzər dənizinə, Don çayı isə Azov dənizinə tökülür,  Xəzər və Azov dənizi bir-birinə qovuşur.  Hətta böyük mütəfəkkir Aristotel də Xəzərin qapalı hövzə olmasını müdafiə edirdi. Lakin onun Xəzərin Qara dənizlə yeraltı əlaqəsinin olması fikrini nəyin əsası məlum deyil.

Xəzər dənizi böyük həcmdə hidrokarbon ehtiyatlara malikdir.  Müxtəlif  hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır. Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var.  Xəzərin hidrokarbon ehtiyatlarının  çıxarılmasında  ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər.  Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin,  həmdə ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.

Xəzər – əhəmiyyətli nəqliyyat yolu və ətraf mühitin və havanın təmizliyində əhəmiyyərli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir.  Xəzərin əsas sərvəti neft və qazdır.  Aparılan tədqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal–hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır.  Xəzər nadir və qiymətli balıq növləri ilə də zəngindir.

Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir.  Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan “Neft daşları” şəhəri yaradılmışdır.

Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf  zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar  yaranmışıdr. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar;

  1. Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər
  2. Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə
  3. Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə
  4. Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə

Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Misal üçün, son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln. tonn neft məhsulları gətirilir və bunun 95% Volqa çayının payına düşür.  Xəzərətrafı ölkələr arasında  dənizin mühafizəsi üçün yekdil saziş olmadığından brakonyerlik geniş vüsət almışdır.

Dənizdə aparılan qazma işləri zamanı təmizləyici qurğulardan qazma məhsulları və çirkab suları çox vaxt dənizə axıdılır. Neft quyularının yaxınlığında suyun üzərində neft ləkələrinin olması adi haldır. Dalğalar isə onları sahilə gətirir və sahil zolağının torpaq qatının çiriklənməsinə səbəb olur.

Bundan başqa, uzun illərdi neft-qaz yataqlarının kəşfi, həmçinin yataqların istifadəsi nəticəsində dənizdə neft quyularının, estakadalarının tikintisi və boru kəmərlərinin çəkilməsi həyata keçirilib. Artıq bu qurğuların çox hissəsinin istifadə müddəti başa çatib. Köhnəlmiş texniki qurğular korroziyaya uğrayaraq dənizi çirkləndirir.

Xəzər dənizinin neftlə və neft məhsulları ilə ən çox çirklənməyə məruz qalan hissələri Bakı buxtası, Abşeron arxipelaqı, Adalar, Türkmənbaşı, Çeleken, Manqışlaq, Tenqiz və neft sənayesinin digər inkişaf edən əraziləridir.

Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir.  Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir.  Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır:  Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda – Xəzər.

Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Xəzərdə onurğalıların 79 növü mövcuddur. Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizinidə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.

Xəzər dənizində 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5m-lik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Burada bəzi növlərin sayı milyon və milyardlarla hesablanır: siyənəkkimilər, xulkimilər, nərəkimilər,  gızılbalıgkimilər, durnabalığı, çəkikimilər, naxabalığı və s. Bunlardan durnabalığı , xanıbalığı , dabanbalığı şirin su mənşəlidirlər.

Xəzər dənizi qoruqlarında 312 növü qeyd edilmişdir və sahillərində çoxlu su quşları yuvalayır.  Xəzər dənizi xususən qu quşlarının iri qışlama yeri kimi məşhurdur. Xəzər dənizi quşların Avropa, Asiya və Yaxın Şərq arasında köçməsinin əsas marşrutlarından biridir.  Miqrasiya zamanı hər il regiondan 12 milyona qədər quş uçub keçir, 5 milyon quş isə burada qışlayır

Xəzər dənizində 1809 növ və yarım heyvan yaşayır ki, onun 1069 sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır.

Xəzər dənizinin florası miosen dövründən məlumdur.  Dənizinin florası 755 növ və yarımnövdən ibarətdir ki, onun da 5 növü ali bitkilərdir. Ali bitkilər guruda, dənizlərdə və şirin sularda yaşayırlar. Xəzər dənizində yaşayan bitkilərə bunlar aiddir: dənizotu, daragşəkilli suçiçəyi, 2 növ ruppiya Dənizotu çoxillik bitki olub, əsasən vegetativ, bəzən isə cinsi yolla çoxalır.

Suçiçəyinə dənizin sahil zonasında, najas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ali su bitkiləri onurğasız heyvanlar və balıglar üçün yaxşı sığınacagdır. Ali bitkilərlə həm balıglar,  həm də su quşları gidalanır. Bir çox balıglar öz kürülərini onların üzərinə tökürlər.

Əliyeva Cancan

loading...

Bunuda oxu...