XƏSTƏLİKLƏR VƏ ONLARIN NÖVLƏRİ

Xəstəlik orqanizm və bədənin funksiyasına təsir edən və səciyyəvi göstəricilərə və simptomlara malik olan patoloji prosesdir. O bütün bədənə və ya bədənin hər hansı bir hissəsinə təsir edə bilər.  Xəstəliklər həm kənar amillərin təsiri nəticəsində, həm də daxili pozulma nəticəsində yarana bilər.

İnsanlar adətən xəstəlik dedikdə ağrı, pozulma, narahatlıq və acı kimi hisslərə səbəb olan vəziyyəti nəzərdə tuturlar. Bunlara zədə, sindrom, infeksiya, qeyri-normal davranış və digərləri daxildir. Xəstəliklər insanları təkcə fiziki olaraq deyil, həm də emosional olaraq təsir edirlər, belə ki insanlar xəstələndikdə onların həyata münasibətləri və baxışı dəyişir, xarakterlərində fərqlilik yaranır.

Xəstəliklər öz xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılırlar. Bunlara patogen xəstəliklər, çatışmazlıq, irsi və psixoloji xəstəliklər daxildir. Xəstəliklərin ümumiyyətlə yoluxucu və qeyri-yoluxucu olmaqla iki cür xüsusiyyətləri mövcuddur.

loading...

Xəstəliklərin yaranma səbəbləri çox müxtəlifdir. Hər bir xəstəlik öz xüsusiyyətinə görə müxtəlif növ yaranma və yayılma səbəbinə malikdir.

Məsələn, irsi xəstəliklər valideynlərdən uşaqlara ötürülür, yoluxucu xəstəliklər ətrafımızda olan digər insanlar və ya canlılar vasitəsilə yayılır, bəzi xəstəliklər isə müxtəlif zədələr və ya ətraf mühit amilləri vasitəsilə yaranır.

İnsanlarda infeksiyon olaraq yayılan xəstəliklərə səbəb müxtəlif növ mikroorqanizmlərdir.

Bu mikro-orqanizmlər həmçinin patogenlər sayılır və müxtəlif növ bakteriya, virus, protoza və göbələklərdən ibarət olurlar. İnfeksiyon xəstəliklər müxtəlif yollarla yayılır, məsələn, əldən ağıza, həşəratların dişləməsindən, çirklənmiş su və ya ərzaqlar vasitəsilə və cinsi yolla. Bəzi xəstəliklər, məsələn, xərçəng, ürək xəstəlikləri, ruhi pozğunluq yoluxucu xəstəlik sayılmır və onlar əsasən genetik olaraq bir nəsildən digərinə keçə bilir.

Xəstəliklərin insan həyatına və sağlamlığına təsiri çox genişdir. İnsan bədəni xəstə olduqda əlavə fəaliyyətlə məşğul olmaq iqtidarında olmur. Sağlamlığı digər amillərlə müqayisə etmək mümkün deyil. Məsələn, təhsilsiz insan fəaliyyət göstərmək üçün hər hansı bir iş görə bilər, amma xəstə insan demək olar ki, heç bir fəaliyyətlə məşğul ola bilmir. Cəmiyyətdə normal inkişafa və irəliləyişə malik olmaq üçün ilk növbədə əhalinin sağlamlığı ön plana çəkilməlidir.

Epidemiya

Epidemiologiya hər hansı bir bölgədə yaşayan insanlarda baş verən sağlamlıq məsələlərinin yayılması və göstəricilərini öyrənən və bu məlumatlardan istifadə etməklə sağlamlıq problemlərinin qarşısını alan və nəzarətdə saxlayan prosesdir.

EpidemiyalarEpidemioloqlar təkcə xəstəliklər, ölüm və problemlərlə məşğul olmur, həmçinin pozitiv tibbi göstəricilərlə məşğul olaraq sağlamlığı inkişaf etdirməklə məşğul olurlar. Epidemiologiya əsasən dünyada yayılan epidemioloji xəstəliklərin nəzarəti və monitorinqini öyrənir.

Epidemiya insanlar arasında hər hansı bir xəstəliyin normadan artıq yayıl ması halına deyilir. Bəşəriyyətimiz tarix boyu müxtəlif növ epidemiyalardan əziyyət çəkmiş, milyonlarla insan bunun nəticəsində ölmüşdür. 20-ci əsrə qədər qlobal epidemiyaların həcmi daha böyük olmuş və daha çox insan arasında yayılmışdır.

İllər keçdikcə tibbin və texnologiyanın inkişafı nəticəsində dünyada yayılan xəstəliklərin qarşısı daha tez müddətə və böyük iz buraxmadan alınır.

Buna baxmayaraq, hal-hazırda qrip və İİV/QİÇS xəstəliyi də daxil olmaqla bəzi xəstəliklərin tam yoxa çıxarılması mümkün olmamışdır.

İnfeksiyon xəstəliklərin epidemiyası insanlarda ekoloji dəyişikliklər, daşıyıcıların sayının artması, parazitlərin genetik olaraq dəyişməsi və parazitlərin yeni əhali qrupları arasına gətirilməsi səbəbindən baş verir. Bu hallar adətən əhalinin həmin parazitə qarşı immunitetinin zəif olduğundan baş verir. Epidemiyanın yayılmasına kömək edən amillər əsasən infeksiyanı daşıyan qida məhsulları və içməli su, infeksiyaya yoluxmuş bəzi heyvanların və həşəratların miqrasiyasıdır.

Bəzi epidemiyalar fəsildən asılı olaraq yayılırlar, məsələn göy öskürək yazda, qızılça qışda və mart ayında, qrip və soyuqdəymə isə əsasən qışda baş verir.

Epidemiya adətən bir ərazidə və ya ölkədə baş verir. Əgər bu digər ölkələrə və qitələrə yayılırsa və daha geniş əhalini əhatə edirsə bunu pandemiya da adlandırmaq olar. Dünyada tarix boyunca geniş yayılmış pandemiyalara İİV/QİÇS xəstəliyi, vəba, qrip, yatalaq, qızılça, vərəm, malyariya və digərlərini nümunə gətirmək olar.

Dünyada yayılmış epidemiyalar insanların sağlamlığına çox böyük zərər verir, hətta erkən ölümlərə səbəb olur. Təkcə İİV/QİÇS xəstəliyinə nəzər yetirsək görərik ki, bu bəladan bütün dünya ölkələri əziyyət çəkməkdədir. 2011-ci ilin sonuna aid məlumata görə dünyada 34 milyon insan İİV virusu ilə yaşayır. Afrikanın cənubunda yerləşən ölkələrdə bu vəziyyət daha da acınacaqlıdır.

Bu ölkələrdə təxmini olaraq 20 nəfərdən birində (4.9%) İİV virusu vardır. Afrikadan sonra daha geniş yayılmış ərazilərə Karib ölkələri, Şərqi Avropa və Mərkəzi Asiya daxildir. 2011-ci ildə bu virus nəticəsində ölümlərin sayı 1.7 milyon olmuşdur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...