XƏSTƏ QARACİYƏRİN SİQNALLARI – HƏKİM YAZIR

piriformisBu çox ciddi məsələdir və ona laqeyd yanaşmaq olmaz. Unutmayın, qaraciyər öz xəstəliyi haqqında xəbər vermir.

Qaraciyərin bir çox xəstəlikləri heç bir şikayət vermədən inkişaf edə bilər, terminal mərhələlərə qədər.

Sağlam olmayan qaraciyər zəhərli maddələri zərərsizləşdirə bilmir və nəticədə bəzi intoksikasiya (zəhərlənmə) əlamətləri meydana çıxır.

loading...

İlk növbədə həzm sisteminin işi pozulur. Məsələn, iştah itir və ya azalır, bağırsaq pozulmaları müşahidə olunmağa başlayır, ürəkbulanma və başgicəllənmə periodik olaraq xəstələri narahat edir. Kal (nəcis) öz rəngini itirir, rəngsizləşir, sidik isə narıncı rəng alır. Qarın nahiyəsində ağrılar hiss olunur. Qarın boşluğunda maye toplanmağa başlayır, qarın tezliklə şişir, ödemlər yaranır.

Öd piqmentləri qanda toplanaraq dərini və selikli qişaları sarı rəngə boyayır. Bu simptom xüsusilə, göz ağında (ağlı qişa) və qarın dərisində nəzərəçarpacaq dərəcədə hiss olunur. Daimi yorğunluq və zəiflik narahat edir. Bundan başqa əhval – ruhiyyənin tez-tez dəyişməsi, depressiya və şüurun “dumanlanması” da tədricən şikayətlərə əlavə olunur.

Susuzluq hissiyyatı tez-tez hiss olunur, sidiyəgetmə tezləşir. Yüngül toxunuşdan dəridə göyərmələr yaranır, gözlənilmədən burundan, qida borusundan qanaxmalar ola bilər.

Bütün bu əlamətlərdən biri və ya bir necəsi olduğu halda həkimə müraciət etmək və xüsusi müayinə keçmək lazımdır!

Dr. Vusalə Ağayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...