XƏRÇƏNGDƏN XƏBƏR VERƏN 4 ƏLAMƏT

Tibbin sürətli inkişafı xərçəng xəstəliyinin, daha erkən mərhələlərdə müəyyən olunmasına imkan verir. Təəssüf ki, xəstəlik inkişaf etikdən və digər orqanara yayıldıqdan sonra, onun müalicəsi çox mürəkkəb olur. Ginekoloji şiş xəstəlikləri də, istisna deyil.

Aşağıdakı əlamətlər ginekoloji xərçəngin olmasından xəbər verə bilərlər:

Qeyri normal vaginal qanaxma

loading...

Bu vacib simptomlardan biridir. Buna görə də, sizdə bu əlmət varsa aşağıdakılara fikir verməlisiniz:

menopauza və ya cinsi əlaqədən sonra olan qanaxma

aybaşılar arası qanaxma

menstruasiya zamanı qanaxmanın artması və ya menstruasyanın gecikməsi

Köpmə

Qadınlarda, yeməkdən sonra və ya menstruasiya dövrü zamanı köpmə tez-tez baş verən haldır. Lakin bu uzun müddət keçmirsə, yumurtalıqların xərçənginin əlaməti ola bilər.

Təbii ehtiyaclarda dəyişikliklər

Ginekoloji xərçəng xəstəlikləri qadınların reproduktiv orqanlarına təsir edir. İlk öncə sidik kisəsinin funskiyasını pozur. Buna görə də, aşağıdakılara fikir vermək lazımdır:

tez-tez tualetə getmə

sidik ifrazı zamanı, ağrı və ya çətinlik

sidik kisəsi nahiyəsində ağrılar

Belin aşağı nahiyəsində daimi ağrılar

Bu uşaqlığın xərçənginin səbəbi ola bilər. Reproduktiv orqanların xəstəlikləri zamanı, bu nahiyə ağrılara məruz qalır.

Dr. Sevinc Əkbərova

loading...

Bunuda oxu...