XƏRÇƏNG SON 10 İLDƏ 33% ARTIB

Vaşinqton universitetinin alimləri 2005 və 2015-ci illər arası xərçənglə xəstlənmə səviyyəsinin 33% artdığını aşkarlayıb. Mütəxəssislərin fikrincə bu yaş həddinin və əhalinin sayının artması ilə əlaqədardır.

Xərçəng dünya üzrə ölüm səbələri sırasında ikinci yerdədir. Statistikaya görə, 2015-ci ildə dünyada 17,5 mln. xərçəng xəstəsi var idi. 8.7 mln. isə vəfat edib. Hər üçüncü kişi və hər dördüncü qadın xərçəngdən əziyyət çəkib.

Tədqiqatlar göstərdi ki, kişilər arasında ən yayılmış xərçəng növü prostat vəzinin şişidir (1,6 mln). Ən çox ölümə səbəb isə nəfəs borusu, bronxlar və ağ ciyər xərçəngidir.

loading...

Qadınlar arasında ən yayılmış növ süd vəzi xərçəngi olub (2,4 mln), hansı ki ən çox ölümədə səbəbdir. Uşaqlar isə əsasən leykozdan, beyin xərçəngindən və nerv sisteminin digər şişlərindən əziyyət çəkiblər.

loading...

Bunuda oxu...