XƏRÇƏNG HAQQINDA ƏTRAFLI

Xərçəngin müalicəsiXərçəng bədənin hər bir orqanından başlaya bilər. O hüceyrənin böyüyərək idarədən çıxması və normal hüceyrələri sıxışdırıb çıxartması ilə başlayır. Bu isə bədənə normal işləməyə imkan vermir.

Xərçəng bir çox insanda müalicə oluna bilinər. Bir çox insan bu xəstəlikdən sonra uzun ömür yaşayıb.

Aşağıda xərçəng nədir və necə müalicə olunur haqqında yazılır. Həmçinin xərçəngə aid müəyyən terminlərin mənasıda izah edilir.

loading...

Xərçəng tək bir xəstəlik deyil. Xərçəngin bir çox növləri var. Bu xəstəlik ciyərlərdə, döşdə, bağırsaqlarda və hətta qanda başlaya bilər. Xərçəng növlərinin oxşar cəhətləridə var, ancaq onların böyüməsi və yayılması müxtəlifdir.

Bədənimizin hər hüceyrəsi müəyyən funksiya daşıyır. Normal hüceyrə müəyyən qayda əsasında bölünür. O yerini digər hüceyrəyə verir. Xərçəng isə hüceyrənin idarədən çıxaraq çoxalmasıdır. Xərçəng hüceyrələri böyüyür və yeni hüceyrələr yaradır. Bu isə normal hüceyrələri sıxışdırır. Nəticə xərçəngin yayıldığı hissədə bədəndə funksional problemlər yaranır.

Xərçəng hüceyrələri həmçinin bədənin digər hissələrinə yayıla bilər. Məsələn ciyərdəki xəstə hüceyrələr sümüklərə yayılıb orada inkişaf edə bilər. Xərçəng hüceyrələrinin bölünməsi metastaz adlanır. Ciyər xərçəngi sümüklərə yayıldıqdan sonrada adını dəyişmir. Həkimlər üçün sümüklərdəki xəstə hüceyrələr ciyərlərdəkilərdən fərqlənmir.
Sümüklərdə başlamayıbsa o sümük xərçəngi sayılmır.

Bəzi xərçənglər sürətlə böyüyür və yayılır. Digərləri daha yavaş böyüyür. Həmçinin onlar müalicəyə müxtəlif reaksiya verirlər. Xərçəngin bəzi növləri əməliyyat vasitəsilə daha yaxşı müalicə olunur; digərləri isə kimyəvi terapiya ilə. Çox vaxt 2 yaxud daha çox müalicə effektiv nəticə verir. Xəstədə xərçəng aşkarlandıqda həkim ilk olaraq onun növünü öyrənir.

Bir çox xərçəng iri dairəvi forma yaradır hansınaki şiş deyilir. Ancaq hər şiş təhlükəli deyil. Həkimlər bu şişin bir hissəsini götürür və analiz edərək xərçəng olub olmadığını öyrənir. Xərçəng olmayan şiş xoşxassəli, olan isə bədxassəli adlandırılır. Xərçənglərin növləri var ki, məsələn leykemiya (qan xərçəngi), şiş yaratmır. Onlar qan hüceyrələrində yaxud digər hüceyrələrdə böyüyür.

Həkimlər bilməlidirlər ki xərçəng haradan başlayıb və nə qədər yayılıb. Bu xərçəngin mərhələsi adlanır. Mərhələni bilmək həkimə daha effektiv müalicə variantını seçməyə yardım edir. Hər növ xərçəngin mərhələsini öyrənmək üçün testlər var. İlkin mərhlə (1, 2) xərçəngin az yayıldığından xəbər verir. Növbəti mərhələ (3, 4) onun daha çox yayıldığını deyir. 4 ən yüksək mərhələdir.

Xərçəngin əsas müalicə vasitələri əməliyyat, kimyaterapiya və radiasiyadır. Əməliyyat xərçəngi kəsib bədəndən çıxartmaq üçün olunur. Həmçinin xərçəng başlayan orqanın bir hissəsidə kəsilə bilinər. Əməliyyat hər növ xərçəng üçün istifadə olunmur.

Kimyaterapiya xərçəng hüceyrələrini məhv etmək yaxud inkişafını dayandırmaq üçün istifadə olunur. Dərman damara vurula bilinər, həb kimi qəbul edilər. Kimyaterapiya bütün bədənə yayılır və yayılmış xərçəngin müalicəsində faydalıdır. Radiasiyada xərçəng hüceyrələrini məhv etmək yaxud inkişafını dayandırmaq üçün istifadə olunur. Bu tək, həmçinin kimyaterapiya və əməliyyat ilə birlikdə istifadə oluna bilinər.

Ümumi xərçəng terminləri:

Xoşxassəli – xərçəng olmayan şiş
Biopsiya – analiz üçün götürülmüş orqan hissəsi
Kimyaterapiya – xəstəliyin dərman vasitəsilə müalicəsi
Bədxassəli – xərçəng olan şiş
Metastaz – xərçəng hüceyrələrinin linfa sistemi və yaxud qan vasitəsilə bədənin digər hissələrinə yayılması
Onkoloq – xərçəngi müalicə edən həkim
Radiasiya terapiyası – yüksək enerjili şüalarla xərçəngin müalicə vasitəsi
Mərhələ – xərçəngin yayıldığı və nə qədər yayıldığını bildirən termin

Mənbə: American Cancer Society

loading...

Bunuda oxu...