VULVİT

Vulvit xarici cinsiyyət üzvlərinin iltihabi xəstəliyidir. Qasıq, böyük və kiçik cinsi dodaqlar, uşaqlıq yolunun dəhlizi, orada yerləşən vəzlər, qızlıq pərdəsi vulvaya aiddir.

Vulvit birincili ve ikincili olur. Adətən yaşlı qadınlarda vulvit ikincili olur, buna səbəb xarici cinsiyyət üzvlərinin, uşaqlıq yolundan gələn ifrazatın tərkibində olan mikroorqanizmlərlə infeksiyalasmasıdır. Vulvit daha çox şəkərli diabeti, piylənmə xəstəliyi olan, şəxsi gigiyenasına əməl etməyən qadınlarda inkişaf edir. Bəzən də helmintozlar, antibiotiklərdən düzgün istifadə etmədikdə inkişaf edə bilər.

Gedişatına görə vulvit kəskin və xroniki olur. Şikayətlər: xarici cinsiyyət orqanlarında qaşınma, göynəmə, ifrazatın axması, hərarətin olması.

loading...

Bu simptomlar sidik ifrazı, hərəkət zamanı daha da artır. Kəskin mərhələsində vulvanın selikli qişasiı ödemli və hiperemiyalı olur. Selikli qişada seroz-irinli və irinli ərplə bərabər, bəzən xora olur. Periferik limfa düyünləri bir qədər böyümüş olur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...