VİTAMİNLƏR VƏ İMMUNİTET

Analar xahiş edir ki, uşağın immuniteti güclü olsun deyə hansısa vitaminlər təyin edim. Gəlin, ilk öncə bu iki sözün nə demək olduğunu aydınlaşdıraq…

İmmunitet deyəndə n başa düşürsünüz? Vitamin nədir?

Vitaminlər antioksidantlardır. Məsələn, A, C, E vitaminləri güclü antioksidant işi görürlər. Bəs antioksidant nədir? Anti-əleyhinə, oksidant – oksidləşmə.Yəni oksidləşmə əleyhinə iş görən maddələrdir.

loading...

Bəs oksidləşmə nədir? Oksidləşmə oksidləşdiricilərin təsirinə məruz qalmaqdır. Oksidləşmə – reduksiya prsesində elektron yəni maddələrin çoox kiçik hissəcikləri verilir – alınır.Bu oksidləşmə -reduksiya prosesləri bizim hüceyrələrimizin divarında baş verir və hüceyrə divarı zədələnir. Bu cür zədələnmələrə mikroblar, viruslar, göbələklər, dərman, qida toksinləri və s. səbəb olur. Müxtəlif stress faktorarı da hüceyrə divarını zədələyə bilir. Məsələn , yüksək tezlikli səs dalğaları və s.

Nəticədə müəyyən xəstəliklər formalaşır.

İmmunitet nədir, necədir? Məsələn , bizim ürəyimiz var və bilirik ki,o əzələdən ibarət müəyyən ölçülü orqandır. Bəs immunitet nədən ibarətdir,ölçüsü varmı?

İmmunitet bədənimizdə yayılmış şəkildədir. Boğazımızda, burnumuzda, dərimizdə, bağırsaqlarda, qanda, limfa düyünlərində səpələnmiş, paylanmış şəkildədir. Uşağın bədəninə düşmək istəyən virusu ilk öncə burun boğaz selikli qişasında immun hüceyrə və Ig A qarşılayır.

Daha sonra prosesə ümumi qandakı immun hüceyrələr cəlb olunur. Gücü çatmadıqca ətraf limfa düyünlərinin də işi gücləndirilmiş rejimə keçirilir və onlar bu zaman böyüyür. Bu da reaktiv limfa düyünü adlanır. Hansı ki çox uşaqlarda görülür.

Virus yaxud mikrob immun sistem hüceyrələri ilə döyüşərkən onları zədələyir və yeniləri yaranır. Əlbəttə ki, yeniləri yaranınca mövcud olanların gec məhv olması arzuolunandır. Çünki yeni yarananlar təcrübəsiz və gəncdirlər. İşin öhdsindən layiqincə gəlməyəcəklər. Mövcud immun hüceyrələtini qorumaq üçün antioksidantlara ehtiyac duyulur ki, vitaminlər də bu sıradandır.

Amma biz xəstə ikən kəskin dövrdə vitamin versək, mikrobların da antioksidant müdafiəsini təmin etmiş olarıq. Ona görə xəstə olmamış vitaminlər yerində olmalıdır ki, hüceyrələrimiz yenilənməyə imkan tapsın. Amma süni vitaminlər verməklə olmaz ki…

Süni sintetik vitaminlər ayrıca turşulardır və mədənin selikli qişasını qıcıqlandırır. Həm onları dayandırdıqdan sonra depo yaranmır, parçalanıb gedirlər və verilən bir ay müddətində müəyyən çatışmazlığı bərpa edə bilər. Əlbəttə ki, çatışmazlıq əlaməti varsa verməliyik. Yəni bu gün verdiyimiz vitaminin on gündən sonrakı xəstəliyə faydası yoxdur.

Bəs, təbii qidalardan antioksidantımızı hər gün qəbul etsək yaxşı olmazmı?

Evə çörək alarkən , bir də hər gün antioksidant almağı da unutmayın. Bunlar meyvə-tərəvəzdir.

Xəstə olarkən bol meyvə tərəvəz yeyilməsi bunun üçündür. Əksinə uşağa çipsi-kreker- suxarik kimi toksinli məhsulları versəz immun hüceyrələrin divarını özünüz mikrobdan qabaq zədələmiş olacaqsınız …Və liflərlə zəngin məhsullar mikrobiotanın da işini əla edir ki, bu da birbaşa super immunitet deməkdir.

Dr. Aytən İsmayılzadə

loading...

Bunuda oxu...