VİTAMİNİ QABIĞINDADIR

Meyvə və tərəvəzlərin sağlamlığa daha çox faydasını görə bilmək üçün onları bol su ilə təmiz yuyub, qabıqlarını soymadan yemək lazımdır. Qidalanma üzrə mütəxəssislərin fikirinə görə, bəzi meyvə və tərəvəzlərin qabıqları hətta onların ətindən də faydalıdır.

Bir neçə meyvə və tərəvəzə misal olaraq:

Almanın qabığının tərkibində olan flavonoid və antioksidantlar güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır və xərçəng əleyhinə effektiv təsirə malikdir.

loading...

Efir yağları ilə zəngin olan portağal qabıqları orqanizmə iltihabəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir, həzm proseslərini yaxşılaşdırır, sakitləşdirir. Portağaldan şirə və ya smuzi hazırladıqda qabıqlarını soymayın.

Kremniumla zəngin olan xiyar qabığı dəri üçün çox xeyirlidir, dərini cavanlaşdırır və möhkəmləndirir.

Antioksidantlarla zəngin olan badımcan qabığı orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur.

loading...

Bunuda oxu...