VİTAMİN D3 HAQQINDA FAKTLAR

Vitamin D3 nədir?

Vitamin D iki forması var- D2 və D3.

Günəşin dərimizə təsiri nəticəsində əmələ gələn maddəyə vitamin D3 deyilir. Onun digər adı xolekalsiferoldur. Bədənimizdə o kimyəvi reaksiyaya uğrayıb 25(OH)D3 maddəsinə çevrilir.

loading...

Yer kürəsinin əhalisinin 1 milyardı artıq vitamin D defisitindən əziyyət çəkir və bu vəziyyət artıq ictimai səhiyyənin qlobal probleminə çevrilib. Baxmayaraq ki, günəşli ölkədə yaşayırıq, əhalimizin əksər hissəsində vitamin D3 çatışmamazlığı aşkarlanmışdır. Bu problem uşaqlarda, gənc, həmçinin yaşlı nəsildə müxtəlif xəstəliklərə gətirib çıxarır.

Niyə Vitamin D3-ə diqqət yetirməliyik?

Vitamin D3 defisiti və çatışmamazlığı simptomları:

Yorğunluq

Ümumi zəiflik

Əzginlik

Oynaq və əzələ ağrısı

Yuxu pozğunluğu və yuxusuzluq

Əhvalın enməsi və depressiya

Vitamin D defisiti və çatışmamazlığı aşağıdakı xəstəliklərin yaranma riskini artırır:

Tez-tez respirator və digər infeksiyalara yoluxma

Vərəm

Pnevmoniya

Urinal infeksiyalar

Dağınıq Skleroz

Hiperparatireoz

Osteoporoz

Raxit

Xərçəng

Depressiya

Allergiya

Yuxu pozğunluqları

Yuxu apnoesi

Piylənmə

Hipertoniya

İnsult

Demensiya

Konqnitiv pozğunluqlar

Ürək çatmamazlığı

Miokard infarktı

Periferik damar xəstəlikləri

Şəkərli diabet Tip 2

Diş xəstəlikləri

Fibromialgiya

Xroniki ağrı

Adətən laboratoriyada total vitamin D yoxlanılır, yəni vitamin D2 və D3 ümumi göstəricisi. Lakin bu zaman əsl vacib olan Vitamin D3 titri müəyyən olunmur, buna görə də xüsusi olaraq Vitamin D3 ayrıca təhlil olunmağı tövsiyyə olunur. Çünki yuxarıda sadalanan simptomlar heçdə hər defisiti və ya çatmamazlığı olan şəxslərdə özünü biruzə verməyə bilər. Lakin bir müddət sonra daha ağır simptomlarla ortaya çıxa bilər.

Dr. Türkan Alyarova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...