VİTA-GİNGER, TABLETLƏR

Hamilə və laktasiya dövründə olan qadınlar üçün multivitamin-multimineral kompleksi

Tərkibi:

1 Vita-Ginger tabletin tərkibi aşağıdakılardan ibarətdir:

loading...

Vitaminlər:

Vitamin A (betakaroten) – 3 mg

Vitamin B 9 (fol turşusu) – 400 µg

Vitamin D3 – 10 µg

Vitamin B5 (pantoten turşusu) – 10,3 mg

Vitamin E (alfa tokoferol asetat) – 10 mg

Vitamin B2(riboflavin)- 2,4 mg

Vitamin B1(tiamin ) – 2,1 mg

Vitamin B6(piridoksin) – 2,2 mg

Vitamin B12(siankobalamin) – 1,2 µg

Vitamin PP – 17,8 mg

Vitamin C (askorbin turşusu) – 100 mg

Vitamin H (biotin) – 150 µg

Makro və mikroelementlər:

Kalsium – 200 mg

Magnezium – 50 mg

Sink – 15 mg

Dəmir III – 28 mg

Manqan – 1 mg

Mis – 1 mg

Yod – 150 µg

Selen – 50 µg

Xrom – 25 µg

Zəncəfil – 35 mg

Farmakoloji xüsusiyyətləri:

VİTA-GİNGER kapsulların tərkibində qadınların hamiləlik və laktasiya dövründə ehtiyacı olan vitamin və minerallar optimal miqdardadır. VİTA-GİNGER  hamiləliyin normal gedişatı üçün vacib olan vitamin və minerallara tələbatı ödəyir.

Hamiləliyə hazırlıq dövründə: VİTA-GİNGER, qadın orqanizmini zəruri vitamin və minerallarla təmin edir, orqanizmdə vitamin balansını optimal səviyyədə saxlayır, hamiləlik və doğuş prosesinə orqanizmi hazırlayır.

Hamiləliyin birinci trimestrində: VİTA-GİNGER, sinir borusu qüsurunun inkişaf  riskini və hamiləlikdə tez-tez  rastlanan ümumi halsızlıq, nevroz, ürəkbulanma, qusma kimi simptomları azaldır.

Hamiləliyin ikinci trimestrində: VİTA-GİNGER, dölün sürətli inkişafı ilə əlaqədar vitaminə tələbat artdığı dövrdə vitamin deposunun tükənməsinin, saç tökülmənin, ətraflarda zəif qıcolmanın, endokrin pozğunluqların və anemiyanın qarşısını alır.

Hamiləliyin üçüncü trimestrində: VİTA-GİNGER, dölün və ananın vitaminlərə, mikroelementlərə olan gündəlik tələbatını ödəməklə, orqanizmin vitamin depolarını stabilləşdirir, endogen ATF-in sintezini təmin edir, orqanizmi doğuşa hazırlayır.

Laktasiya (süd vermə) dövründə: VİTA-GİNGER, ana südünün keyfiyyətini yaxşılaşdırır və ana südü ilə qidalanan körpənin normal inkişafını təmin edir.

Vitamin A  hamiləlik dövründə  ciftin  və dölün yumşaq toxumalarının inkişafını təmin edir.

Vitamin B9 hamiləliyin erkən dövrlərində  böyük  əhəmiyyətə malikdir. O, embrionun sinir hüceyrələrinin formalaşmasını təmin edir. Hamiləlik dövründə fol turşusunun gündəlik qəbulu sinir borusu qüsurlarının (spina bifida, hidrosefaliya, anensefaliya, hipotrofiya və s.) əmələ gəlməsinin qarşısını 75% alır. Bundan əlavə Fol turşusu erkən doğuş, dölyanı pərdənin erkən qopması təhlükəsininin qarşısını alır. Fol turşusunun  doğuşdan sonrakı depressiyaların aradan qaldırılmasında rolu əvəzsizdir.

Vitamin B1 karbohidrat, enerji, yağ, zülal və su-duz mübadiləsində iştirak edir, sinir sisteminin və ürəyin fəaliyyətini tənzimləyir.

Vitamin B2 toxumaların, əsasən də dəri hüceyrələrinin regenerasiyasını təmin edir.

Vitamin B5 hamiləlik hormonlarının sintezini, karbohidrat, zülal və yağl mübadiləsini təmin edir.

Vitamin B6 eritrosit və hemoqlobin formalaşmasında, aminturşu və zülal mübadiləsində iştirak edir. Neyromediatorların sintezini təmin edir. Hamiləlik dövründə psixoloji gərginlik, qıcolmalar, depressiya, əsəbilik, narahatlıq, yuxusuzluq  kimi  simptomları aradan qaldırır.

Vitamin B12 eritropoezdə iştirak edir, sinir sisteminin normal fəaliyyətini təmin edir. B qrupu vitaminləri  orqanizmdə maddələr mübadiləsini tənzimləyən əksər fermentlərin formalaşmasında iştirak etdiyindən, hamilə qadınlarda toksikoz zamanı ürəkbulanma və qusma tutmalarının azalmasını təmin edir.

Vitamin C bir sıra bioloji aktiv maddələrin oksidləşməsini təmin edir,birləşdirici toxma  mübadiləsinin tənzimlənməsində, qanın laxtalanması və toxumaların regenerasiyası prosesində iştirak edir, steroid hormonların sintezini yaxşılaşdırır, kapillyarların keçiriciliyini normallaşdırır. Orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, iltihab reaksiyalarını azaldır. Dəmir mikroelementinin mənimsənilməsini yaxşılaşdırır.

Vitamin D3 hamilə qadınlarda kalsium və fosfor tarazlığının tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Vitamin D3 kalsiumun mədə-bağirsaq traktindan qana “transport” olunmasını təmin edir. Onun çatışmamazlığı hamilələrdə yüksək sinir oyanıqlığına, əzələlərin qıcolmasına, dişlərin demineralizasiyasına, uşaqlarda raxit, yetkin şəxslərdə isə, osteoporoza səbəb olur.

Vitamin E təbii antioksidantdır. O, qanın laxtalanmasının artmasının qarşısını alır, periferik qan dövranını yaxşılaşdırır. Zülal və hemoqlobin sintezində, hüceyrələrin böyüməsi prosesində iştirak edir. Hamiləliyin erkən dövrlərində erkən doğuş təhlükəsinin qarşisini alir.

Vitamin H sinir sisteminin normal fəaliyyətini təmin edir, bağırsağın faydalı florasının sintezində iştirak edir.

Vitamin PP oksidləşmə-reduksiya prosesslərində iştirak edir, hidrogen və fosfor daşınmasını təmin edir.

Kalsium sümük toxumasının formalaşması, qanın laxtalanması, sinir impulslarının ötürülməsi, skelet və saya əzələlərin yığılmasında iştirak edir, ürəyin normal fəaliyyətini təmin edir.

Magnezium sinir hüceyrələrinin oyanıqlığını azaldır, sinir əzələ ötürməsini ləngidir, fermentativ reaksiyalarda iştirak edir. Maqnezium orqanizmdə əsas damar və sinir qoruyucu element hesab olunur. Baş beyində neyropeptidlərin sintezi maqneziumun mütləq iştirakı ilə baş verir. Orqanizmdə maqneziumun çatışmamazlığı aşağıdakı simptomlarla müşayiət olunur: xroniki yorğunluq hissi, vegetativ disfunksiya, diqqətin yayılması, depressiya, qorxu, həyəcan, başgicəllənmə, yuxu pozğunluğu, paresteziya, tetaniya, əzələ zəifliyi, tremor, ataksiya, reflektor oyanıqlığın artması, ürək ritminin pozulmaları, patoloji hamiləlik (toksikoz, hestoz), skelet əzələlərinin qıcolması, uşaqlığın yığılma qabiliyyətinin artması.

Sink dölün skeletinin normal formalaşmasını və toxumaların regenerasiyasını təmin edir, bir sıra fetal anomaliya təhlükəsini azaldır.

Dəmir III  hemoqlobinin əsas tərkib hissəsidir,orqanizmdə oksigen daşınmasını təmin edir  və  hamilə qadınlarda anemiyanın yaranmasının, əsasən də II və III trimestrlərdə qarşısını alır.

Manqan sümüklərin düzgün mineralizasiyasını təmin edir.

Mis eritrositlərin normal funksiyası və dəmir mübadiləsi üçün vacibdir. Mis həmçinin kollagen sintezində iştirak edir, sümüklərin, bağların, dərinin və qığırdaq toxumasının elastikliyini təmin edir.

Yod hamiləliyin erkən dövrlərində erkən doğuş və dölün inkişafdan qalma təhlükəsini azaldır. Yod çatışmamazlığı həm anada, həm də körpədə qaxanabənzər vəzin disfunksiyasına səbəb ola bilər.

Selen xromosom apparatının genetik funksiyasını  müdafiə edir, uşaq ölümü riskini azaldır, doğuş qabiliyyətini artırır.

Xrom  RNT və DNT-nin strukturunun tamlığını, genlərdə irsi informasiyanın qorunub saxlanmasını təmin edir.

Zəncəfil – tərkibində magnezium, fosfor, natrium, silisium, kalium, kalsium, xrom, dəmir, kapril turşusu, olein turşusu, linol turşusu, askorbin turşusu, xolin, yağlar, lizin, metionin, treonin, fenilalanin, valin ve triptofan vardır. Zəncəfilin əsas təsirdici komponenetləri tərkibindəki efir yağları və fenol birləşmələridir (gingerol, singiberen, sineol, borneol, linalool və bisabolen). Bu birləşmələr sayəsində Zəncəfil xəstəliyə səbəb olan bakteriyalarla mübarizə aparır, iltihabəleyhinə və sakitləşdirici təsir göstərir, orqanizmin müqavimətini artırır. Hamiləlik dövründə əzələlərinin qıcolmasını, uşaqlığın yığılmasını,erkən doğuş təhlükəsini azaldır, toksikozun simptomlarını: ürəkbulanma, qusma, başgicəllənmə və zəiflik aradan qaldırır.

Göstərişləri:

Hamiləlikönü, hamiləlik zamanı və laktasion avitaminoz,demineralizasiyanın profilaktika və müalicəsi;

Hamiləlik toksikozlarının profilaktikası və kompleks müalicəsi;

Hamiləlik anemiyasının profilaktika və kompleks müalicəsi;

Hamiləlik zamanı bakterial və virus infeksiyalarının profilaktikası və kompleks müalicəsi;

Fetoplasentar çatışmazlıq, dölün hipoksiyasının kompleks müalicəsi.

Əks göstərişləri: Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Dozalanma qaydasi: hamiləliyin planlaşdırılması mərhələsində, hamiləlik zamanı və doğuşdan sonrakı dövrdə 1  tabletdən 1 dəfə yeməkdən sonra, səhərlər qəbul edilir. Qəbul müddəti həkimin məsləhətinə uyğun olaraq aparılır.

Ehtiyyat tədbirləri: İşıq şüalarından, rütubətdən kənar və uşaqlardan əlçatmaz yerdə, otaq temperaturu şəraitində saxlayın.

Buraxılış forması: 30 tablet

İstehsalçı: Soylu İlaç  San. və  Tic. Ltd. Şti.

Mənbə: az-tibb.com

loading...

Bunuda oxu...