VİRUSLARIN KƏŞFİ

ADENOVİRUSVirus xəstəlikləri qədimdən məlum olsa da viruslar haqqında elm – virusologiya 19 əsrin sonlarından inkişaf etməyə başlamışdır. Virusların mövcudluğu haqqında ilk fikir rus alimi D. İvanovskiyə məxsusdur.

O 1992 ci ildə tütün mozaikası xəstəliyini öyrənərkən bu xəstəliyin çox kiçik ölçülü bakterial filtrlərdən süzülə bilən infeksionagenlərlə törədildiyini müəyyənləşdirmişdir. “Virus“  sözü latıncadan tərcümədə “zəhər“ mənasını verir. Virus termini ilk dəfə L. Paster işlətmişdir.

İvanovskinin işləri Pasterin virus adlandırdığı agentlərin təbiətinin öyrənilməsinə təkan verdi. Virusların mənşəyi haqqında yekdil bir fikir mövcud deyil. Bu orqanizmlərin digər canlılar üçün xarakter olmayan xüsusiyyətləri onların mənşəyi haqqında çox fərqli fikirlərin mövcud olmasına səbəb olmuşdur.

loading...

Bəzi alimlər onların birhüceyrəli canlı orqanizmlərin təkamülü nəticəsində əmələ gəlməsini, digərləri isə sonradan sərbəst formalara çevrilmiş hüceyrə elementlərindən əmələ gəlməsini iddia edir. Müasir təsəvvürlərə görə viruslar hüceyrə quruluşuna malik olmayan canlı mikroorqanizmlərdir.

Viruslar digər mikroorqanizmlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənirlər: Onlar hüceyrə quruluşuna malik deyillər. Digər mikroorqanizmlərdə olan hüceyrə strukturları viruslarda yoxdur; Virusların ölçüləri çox kiçikdir və nanometrlərlə ölçülür. 15-20 nm-dən 350-400nm arasında tərəddüd edir;

Digər mikroorqanizmlərdən fərqli olaraq viruslarda nuklein turşularından ancaq biri, ya DNT, ya da RNT olur; Viruslar ancaq hüceyrə daxilində çoxala bilirlər; Viruslar unikal çoxalma üsulu – reproduksiya  yolu ilə çoxalırlar.

Ayrı-ayrı virusların quruluşu və bioloji xüsusiyyətləri bir-birindən kifayət qədər fərqlənsə də onlar ümumi quruluş xüsusiyyətlərinə malikdirlər . Virusların yetkin hüceyrədən xaric forması virion adlanır.

ilkaddımlar.com

loading...

Bunuda oxu...