YENİ VİRUS AŞKAR EDİLİB

Yeni virusABŞ Silahlı qüvvələrinin İnfeksiya xəstəlikləri tədqiqat institunun (US Army Medical Research Institute of Infectious Diseases) mütəxəssiləri yeni,
indiyə kimi məlum olmayan virus aşkar edib. Virus qeyri adi xüsusiyyətlərə sahibdir. Guaico Culex (GCXV) multikomponentli virusu ağcaqanad orqanizmidə aşkar edilib.

Əvvəllər belə tip virusların ancaq bitkiləri və göbələkləri yoluxdurduğu düşünülürdü. Amma Guaico Culex Trinidad ərazisində komarda tapılıb. O komar vasitəsilə ötürülən viruslar öyrəniləndə aşkar edilib. Tədqiqatlar mümkün, Zika kimi, epidemiyaların qarşını almaq üçün aparılıdı.

Guaico Culex genetik materialı beş hissəyə bölünür və hər hissə individual struktura sahibdir. Alimlərə hələ ki bunun səbəbi aydın deyil. Yoluxmaq üçün onların dördü lazımdır, Ceyson Ladner (Jason Ladner) düşünür ki, beşinci hissə ehtiyyat kimi istifadə olunur.

loading...

Virus məməliləri yoluxdurana bənzəmir, ancaq alimlər aşkar ediblər ki, Guaico Culex meymunları yoluxdura biləcək viruslar kateqoriysına yaxındır. Həmin virusların uqandalı Qırmızı kolobusun orqanizmində tapıldığının sübutları var. Ancaq qırmızı kolobus insanabənzər meymun deyil. Lakin, belə meymunları yoluxduran bir çox virus insan üçündə təhlükəlidir.

scienceAlert

loading...

Bunuda oxu...