VEZİKOÜRETRAL REFLÜKS

Sidiyin sidik kisəsindən geri böyrəklərə qayıtmasına vezikoüretral reflüksü deyilir. Vezikoüretral reflüksü uşaqlarda ən çox rast gəlinən uroloji anomaliyadır.

Vezikoüretral reflüksü özünü tez-tez qızdırmalı sidik yolu infeksiyası və ya prenatal hidronefroz ilə göstərir.

Vezikoüretral reflüksü 1-2% uşaqlarda görülər, ancaq böyrək iltihabı keçirən uşaqların 25-40%-də rast gəlinər. Doğumdan əvvəl aşkar edilmiş böyrək şişlərinin (hidronefroz) 17-37%-də reflüküs vardır. Buna görədə qızdırmalı sidik yolu infeksiyaları keçirən uşaqların reflüksü olub olmadığı yoxlanmalıdır.

loading...

Erkən yaşda və xəstəliyin yüngül dərəcələrində qoyulan diaqnoz nəticəsində aparılan medikamentoz müalicə ilə xəstəlik sağalır. 5 yaşına qədər olan xəstələrdə medikamentoz müalicə yaxşı nəticə verir.

Müalicə ilə sağalmayan ağır dərəcəli vezikoüretral reflüksüdən böyrəyi qorumaq və böyrək hüceyrələrinin zədələnməsinin qarşısını almaq üçün endoskopik əməliyyatla gel yeridilərək müalicə edilir.

Gel yeridilərək müalicə edilən xəstələrin 65%-i sağalır, qalan 35% hallarda isə gel yaxşı nəticə vermir. Vezikoüretral reflüks 35% hallarda cərrahi əməliyyat edilir və xəstəlik tam sağalır.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...