VENESEKSİYA

VenepunksiyaVeneseksiya infuzion müalicə, yaxud diaqnostika məqsədilə venaya iynə, kanülya və ya kateter yeritmək üçün venanın yarılmasıdır. Dərialtı venalar dərində olduqda və uzunmüddətli infuzion müalicə aparmaq üçün veneseksiyadan istifadə edirlər. Belə hallarda venanı yarıb iynəni yeridir və daim baxırlar.

Çox vaxt veneseksiyanı dirsək büküşünün və saidin aşağı venasında, habelə pəncənin və baldırın səthi venalarında aparırlar. Tromboflebit keçirmiş, yaxud venaları xəstə olan adamların, habelə hamilə qadıların aşağı ətraflarında veneseksiya aparmaq olmaz.

Qanburaxma  venadan qan götürməklə aparılan müalicə metodudur. Ağciyərlərin ödemində, hipertoniya krizində tətbiq edilir. Qanburaxmanı venepunksiya və veneseksiya üsulu ilə aparmaq olar. Venepunksiya daha çox yayılmışdır.

loading...

Qanburaxmaya əks-göstəriş qanazlığı və kəskin dərəcəli hipotoniyadır. Xəstəni bu əməliyyata psixoloji cəhətdən hazırlamağın böyük əhəmiyyəti var. Ona izah edilməlidir ki, bu, zərərsiz əməliyyatdır və labüddür. Xəstə qanın necə buraxıldığını özü görməməlidir, çünki qan gördükdə bəzi xəstələrin ürəyi gedir.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...