VENEPUNKSİYA

Venepunksiya xəstədən qan götürmək, yaxud bədənə dərman məhlulu, qan, qanəvəzedicilər vurmaq üçün iynənin dəridən venaya salınmasıdır. Çox vaxt iynəni dirsək çuxurundakı venalara yeridirlər, çünki bunların diametri daha böyükdür, özləri üzdədir və az tərpənir, həmçinin iynəni əlin, saidin, dirsək büküşünün üstdəki venalarına, nadir hallarda aşağı ətrafların venalarına yeridirlər.

Bunun üçün şprisi və iynələri qaynadıb sterilizə edirlər. Xəstə yatağında uzanır, yaxud stulda oturur, dirsəyinin altına mütəkkə qoyur və bunun üstünə steril salfetka və ya təmiz dəsmal salırlar. Xəstənin qolu axıra qədər açılmış olur.

Venaların qanla yaxşı dolması üçün xəstəyə əlini bir neçə dəfə yumub açmağı təklif edirlər. İynəni vurmamışdan əvvəl dərman keçib-keçmədiyini yoxlayırlar. Venanın tərpənməməsi üçün punksiya yerindən aşağıda dərini əllə dartırlar.

loading...

Venepunksiyanı iki dəfədə aparmaq olar: iynəni əvvəlcə dəriyə batırmaq, sonra venanın ön divarına, yaxud eyni vaxtda həm dəriyə, həm də venanın divarına batırmaq olar. İynəni venaya batırdıqdan sonra qan görünərsə, bu, iynənin venaya düşdüyünü göstərir.

Qan yoxsa, deməli, iynə venaya düşməmişdir, belə olduqda iynəni bir daha batırmaq lazımdır. İynəni venadan çıxardıqdan sonra həmin уеrə pambığı spirtə batırıb qoyur, 1—2 dəqiqə barmaqla sıxır, xəstənin qolunu dirsək oynağında qatlayır, yaxud steril sarğı qoyub bərk bağlayırlar. Ağırlaşmalar da ola bilər. Məsələn, venanın hər iki divarı deşilib hematoma əmələ gələ bilər, iynə səhvən arteriyaya düşə bilər, dirsək çuxurunun orta siniri zədələnə bilər, dəfələrlə apanlan venepunksiya nəticəsində, yaxud iynə venada çox qaldıqda flebit və tromboz əmələ gələ bilər və s.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...