VEB SAYT NƏDİR

Veb saytVeb sayt, yaxud sadəcə sayt, öz aralarında hiperlink vasitəsilə məntiq əsasında birləşdirilmiş bir neçə veb səhifənin cəmidir. Saytlar veb xostinqlərə yüklənilir və HTTP protokolu əsasında internetdə onlardan istifadə etmək mümkün olur. Bütün saytların cəmi Qlobal hörümçək torunu yaradır.

İlk sayt – info.cern.ch  – 20 dekabr 1990-cu ildə Tim Berners-Li tərəfindən yaradılıb. Info.cern.ch saytı yeni WWW texnoologiyasının, verilənlərin ötürülmə protokolu HTTP, URİ adressasiya sisteminin və hipertekstin nişanlama dili olan HTML təsvirini əks etfirirdi. Həmçinin sayt serverlərin və brauzerlərin yüklənməsi və iş prinsiplərini əks etdirirdi.
Sonradan saytda digər saytların siyahısı yerləşdirildi və bu onu ilk internet-kataloq etdi.

Saytın işləməsi üçün lazım olan bütün instrumentləri Tim Berners-Li əvvəldən hazırlamışdır. 1990-cı ilin sonunda ilk veb-redaktor funksionallı hipertekst brauzer – WorldWideWeb, NeXTcube əsasında ilk server və ilk veb sahifələr yarandı. 1991-cil ildə CERN WWW standartını təsdiqlədi. Tim Berners-Linin veb əsas texnologiyaları olan HTTP, URI/URL və HTML yaratması onu bu texnologiyanın “atası” adlandırmağa icazə verir. Hazırda Tim Berners-Li internet standartlarının işlənməsi və tətbiqi ilə məşqul olan World Wide Web Konsorsiumunu idarə edir.

loading...

Veb səhifələr HTML ilə nişanlanmış tekst fayllarıdır. Bu fayllar istifadəçinin brauzerinə yüklənənrək monitprunekra çıxır. HTML dili tekstin formatını dəyişməyə, hipertekst linkləri yaratmağa, səhifərə şəkillər və digər multimedia elementləri yerləşdirməyə imkan verir. CSS ilə səhifənin görünüşünü dəyişmək, JavaScript ilə isə ona dinamiklik vermək mümkündür.

Saytlar dinamik və statik olabilər. Statik sayt statik html (htm, dhtml) səhifələrdən ibarətdir. Statik sayt istifadəçiyə sahifənin serverda olan formasında göstərilir.
Dinamik sayt dinamik html (htm, dhtml) faylardan ibarətdir. Dinamik sayt kontenti instifadəçinin istəyinə görə dəyişə bilir.

Sonda 2016-cı ilin ən populyar saytları:

Google (google.com) — ən böyük axtarış sistemi və multiservis portalı.
Facebook (facebook.com) — ən böyük sosial şəbəkə.
Youtube (youtube.com) — videoxostinq xidməti göstərən servis.
Baidu (baidu.com) — çinin ən böyük axtarış sistemi.
Yahoo! (yahoo.com) — axtarış sistemi və multiservis portalı.
Amazon (amazon.com) — internetd üzərindən ən böyük ticarət kompaniyası.
Wikipedia (wikipedia.org) — azad multidilli universal ensiklopediya.
Twitter (twitter.com) — sosail şəbəkə.
Live.com — Mikrosoftun multiservis portalı.

loading...

Bunuda oxu...