VAXTINDAN TEZ DOĞULMUŞ UŞAQLARA

Əziz valideynlər, əgər körpəniz vaxtından tez doğulmuş və küvəzdə qalmaq məcburiyyəti yaşamişsa oftalmoqdan göz dibini yoxlamasını istəyin!

Yarımçıq doğulmuş uşaqlarda korluq riski ola bilir. Səbəb oksigenin yüksək konsentrasiyası olur. Körpə küvəzdə saxlanıldığı müddətdə oksigenin artıq miqdarı gözün torlu qişasının zədələnməsinə səbəb olur. Belə ki, torlu qişada maddələr mübadiləsi oksigensiz mühitdə gedir əslində, qlükoza enerji mənbəyi rolunu oynayır.

Bu proses qlikoliz adlanır. Oksigenin artıq miqdarı bu prosesi söndürür və torlu qişa məhv olur, birləşdirici toxuma ilə əvəz olunur. Hestasiya yaşı 34 – həftədən az olan və çəkisi 2000 qr-dan az olan körpələr risk altındadır.

loading...

Okdigenoterapiya 1 aydan çox, ağciyərlərin süni ventilyasiyası 3 gündən artıq davam edən uşaqlarda bu ehtimal çoxdur. Yarımçıq doğulmuşlar arasında hər beşinci körpə torlu qişa zədələnməsi – retinopatiya ilə üzləşə bilir. Bu isə tam korluğa gətirə bilir. Ona görə diqqətli olun. Əgər bu hallar körpənizlə bağlı yaşanmışsa, mütləq oftalmoloq müayinəsindən keçirin.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...