VAXTINDAN ÖNCƏ EYAKULYASİYA

Hər dördüncü kişi üçün bu problem aktualdır. Gənc insanlar arasında ən çox yayılmış cinsi problem kimi dəyərləndirilir. Orta statistik cinsi akt 5 dəqiqə 30 saniyə qəbul edilir.

Bu vaxtdan öncə bitmiş cinsi akt milyonlarlarla kişinin həyatını pozmaqla yanaşı həmin kişilərin cinsi partnyorları olan xanımlarda da stress yaradır. Bu stresin səbəbi tək cinsi aktın davametmə müddətinin qısa olması deyil.

Qısa cinsi akta diqqətin cəmləşməsi seksual baxımnan cinsi partnyorun digər ehtiyac duyulan stimulyasiya edici nəvazişdən (öpüş, toxunuş və s) qane olmamağına gətirir. Bu isə qadının cinsi həyat yaşamaq istəməməsinə aparacaq qədər münasibətlərə problemlər yaradır.

loading...

Çünki bu nəvaziş hallarının olması qadına daha çox sevilən, daha çox arzuolunan və daha çox lazımlı olmasını hiss etdirir. Bəzən kişilər cinsi aktın 5 dəqiqədən az olmasının normal olmadığının heç fərqində olmurlar.

Ümumilikdə götürdükdə erkən eyakulyasiya stress, münasibətdə olan problemlərdən, həyəcandan, öncəki cinsi təcrübədə uğursuzluqdan və depressiyadan qaynaqlanır. Məhs bu səbəblərdən müalicə zamanı antidepressantların, psixoterapiyanın xüsusi yeri var.

Hətta araşdırmalarda cinsiyyət nahiyəsinin əzələ toxumasına Botoksun inyeksiyasına da önəm verilir. Elm adamları cinsi aktın zamanının uzadılması üçün aktdan öncə kişilərin kofe içməsini məsləhət görürlər.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...