VAXTINDAN ƏVVƏL DOĞUŞ

Vaxtından qabaq doğuş hamiləliyin 28-ci həftəsindən 37-ci həftəsinə qədər baş verən doğuşdur. Belə doğulmuş uşaqlar yarımçıq doğulmuş sayılır. Onların çəkisi 1 kq., boyları 35 sm. çox olur.

Vaxtından qabaq doğuşun növbəti səbəbləri olur: qadının müxtəlif xəstəlikləri; çoxdöllülük; dölyanı suların artıqlığı zamanı uşaqlığın həddindən artıq gərilməsi; hamiləlik dövründə stress; hamilə qadının travmatik zədələnmələri və s.

Hamiləlik dövründə qarında və ya beldə sancı şəkilli ağrıların, uşaqlıq yolundan qanlı ifrazatın baş versə mütləq həkimə müraciət etmək gərəkdir. Statistikaya əsasən vaxtından əvvəl doğuş zamanı ölüm vaxtında doğuşda olduğundan 20 dəfə çoxdur. Vaxtından qabaq doğuşların rastgəlmə tezliyi 5-dən 20%-ə qədərdir.

loading...

Vaxtından qabaq doğuşun səbələri arasında dölün və qişaların inkişaf anomaliyaları, xəstəlikləri, çoxdöllü hamiləlik, dölyanı mayenin vaxtından qabaq axması, cift gəlişi, dölün qeyri – düzgün vəziyyətidə var.

Vaxtından qabaq doğuşlar üç yerə bölünür: vaxtından qabaq doğuş təhlükəsi, vaxtından qabaq başlamış doğuş və vaxtından qabaq baş vermiş doğuş.

loading...

Bunuda oxu...