VARİKOZUN İNKİŞAF SƏBƏBLƏRİ

Varikozİrsi meylilik. Hər iki valideynin bu xəstəlikdən əziyyət çəkməsi xəstəliyin inkişaf riskini 60%-ə qədər artırır.

Cinsi mənsubiyyət – kişilərə nisbətən qadınlar 1,5-2 dəfə daha çox bu xəstəlikdən əziyyət çəkirlər. Hamiləlik, hormonal pozğunluqlar və s. xəstəliyin inkişafına şərait yaradır.

Bədən çəkisinin normal göstəricilərdən artıq olması. Belə ki, bədən çəkisinin 20%-ə qədər artması aşağı ətraf venalarının varikoz genişlənməsi riskini 5 dəfəyə qədər artırır.

loading...

Uzunmüddətli statik yüklər və az hərəki aktivlik (uzun müddət ayaq üstə durmaq, oturaq iş tərzi, ağır yüklərin qaldırılması, hündür dabanlı ayaqqabıların geyilməsi, aşağı ətraf əzələlərinin hərəki aktivliyinin azalması və s.).

Venaların varikoz genişlənməsi zamanı venaların elastikliyi azalır, nəticədə onlar dartılaraq ayrı-ayrı hissələrdə əhəmiyyətli dərəcədə genişlənir, venoz düyünlər əmələ gəlir. Genişlənmiş venalarda qanın axın sürəti də azalaraq trombların əmələ gəlməsinə şərait yaradır.

Xəstəlik tədricən inkişaf edir. Əsasən səthi dərialtı venalar zədələnir. Genişlənmiş venalar dəri səthinə doğru qabarır. Getdikcə qıvrılaraq düyünlər əmələ gətirir. Xəstəliyin sonrakı inkişaf mərhələlərində zədələnmiş nahiyələrdə tünd rəngli ləkələr meydana çıxır.

Dəri qidalanmasının pozulması trofik yaraların əmələ gəlməsinə səbəb olur. Venaların varikoz genişlənməsi əksər hallarda günün sonuna yaxın aşağı ətrafların ödemi və şişkinliyi ilə müşahidə edilir. Hərəkət edərkən ayaqlarda ağırlıq və dartılma hissi, gecə qıcolmaları və s. xroniki venoz çatmamazlığının əsas əlamətləri hesab edilir.

loading...

Bunuda oxu...