VARİKOSELE

Varikosele 10 yaşdan kiçik uşaqlarda nadir hallarda rast gəlinir. Xəstəlik 10-15 yaş arasında yaranır və yetkin insanların təxminən 15% görülür. Varikosele skrotumun (xayanın olduğu torba) üst hissəsində yumşaq, ağrısız kütlə formasında olur. Varikosele adətən sol xayalıqda yaranır, bəzi hallarda isə iki tərəfli olur.

Səbəbləri:

Vena divarlarının və qapaqlarının anadangəlmə zəifliyi;

loading...

Xayalıq və kiçik çanaq venalarında təzyiqin yüksək olması;

Varikoselin (damar genişlənməsi) əsas səbəblərindən biri də vena testicularis-in gedişində olan anatomik xüsusiyyətlədir. Varikoselin sol tərəfdə çox rast gəlinməsi səbəbi məhz vena testicularis-in sağ və sol tərəfdə fərqli gedişi ilə əlaqəlidir.

Əlamətləri:

Tək tərəfli varikosele adətən heç bir əlamət verməz. Testisin formasında yumşalma, testisdə balacalaşma və kosmetik formada pozulmalar yaranar. Nadir hallarda ağrı ola bilər.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...