VALİDEYNLƏR VƏ UŞAQLAR ARASINDA SEVGİ

Ana və körpəƏgər tale körpəni doğum anında bətndaxili mövcudluğa son qoyması ilə bağlı olan hər cür həyəcanın dərkindən azad etməsəydi, o, yəqin ki, ölüm qorxusunu hiss edərdi. Doğulduqdan sonra belə körpə doğulmazdan əvvəlki vəziyyətdən fərqlənmir; o, özündən xaricdə mövcud olan dünyanı və özünü dərk edə bilmir. O, ancaq isti və qidanın müsbət təsirini qavrayır və hələ ki, isti və qidanı onun mənbəyindən ayırmır.

Ana-istidir, ana-qidadır, ana – təhlükəsizlik və təminatın keyfli vəziyyətidir. Bu cür vəziyyət Freydin terminləri ilə desək, narsissik vəziyyətdir. Xarici reallıq, insanlar və predmetlər bədənin daxili vəziyyətinin təmin etməsi və ya frustrasiyadan asılı olaraq əhəmiyyət kəsb edir. Ancaq daxildə olan realdır: xaricdə olan hər bir şey obyektiv, öz keyfiyyətləri mənasında yox, körpənin tələbatları çərçivəsində realdır.

Uşaq böyüdükcə və inkişaf etdikcə, o, predmetləri onlar olduğu kimi qəbul etməyə başlayır; qida təminatı döşdən, döş isə anadan fərqlənir. Son nəticədə uşaq susuzluq, südlə təminatı, döşü və ananı müxtəlif varlıqlar kimi qəbul etməyə başlayır. O, digər başqa predmetləri öz fərdi mövcudlüğüna malik şeylər kimi qəbul etməyə başlayır. Bu dövrdən də onlara ad verməyi öyrənir. Bir qədər sonra onlarla davranmağını öyrənir, bilir ki, od istidir və ağrı verir, ananın bədəni istidir və xoş təsir bağışlayır, taxta möhkəm və ağırdır, kağız ağdır və cırılır.

loading...

O, insanlarla davranışı öyrənir: mən yeyəndə, anam gülür, ağlayanda əlimdən tutur, ifrazat prosesindən sonra, o, məni tərifləyəcək. Bütün bu hisslər kristallaşır və bir hissdə birləşirlər: mən sevilirəm. Mən sevilirəm, ona görə ki, mən – anamın uşağıyam. Mən sevilirəm, ona görə ki, mən acizəm. Mən sevilirəm, çünki anamın mənə ehtiyacı var. Bunu daha ümumi formada ifadə etmək olar: mən sevilirəm, ona görə ki, mən varam, və ya daha dəqiq; mən sevilirəm, ona görə ki, bu mənəm. Ana çərçivəsindən sevilmə hissi – passiv hissdir. Mən sevilmək üçün heç nə etməmişəm – ana sevgisi qeydi-şərtsizdir.

Məndən tələb olunan yeganə şey – onun uşağı olmaqdır. Ana sevgisi – cənnətdir, bu rahatlıqdır, onu güclə əldə etmək lazım deyil, ona layiq olmaq lazım deyil. Lakin, qeyd-şərtsiz ana sevgisində də neqativ tərəf vardır. Ona nəinki layiq olmaq lazım deyil, onu əldə etmək, idarə etmək olmaz. Əgər o varsa, o, cənnətə bərabərdir, əgər o yoxdursa, bu gözəl olan hər şeyin həyatdan getməsi kimidir – mən bu sevgini yaratmaq üçün heç nə edə bilmərəm.

8-10,5 yaşlı uşaqların əksəriyyəti üçün problem – sevimli olmaqdır – mövcud olduqları üçün sevilməkdir. Bu yaşdan kiçik uşaqlar sevməyə qadir deyillər; onlar sevildiklərini böyük sevinc və fəxarətlə qəbul edirlər. Bu dövrdən sonra isə uşağın inkişafında yeni faktor meydana gəlir: bu yeni hiss öz aktivliyi ilə sevgi yaratmaq qabiliyyətidir. Birinci dəfə olaraq, uşaq atası və ya anasına nəsə vermək barədə düşünür; şer yazmaq, şəkil çəkmək və ya nəsə başqa bir şey. Uşağın həyatında birinci dəfə olaraq sevilmək naminə sevgi ideyası, sevmək arzusuna, sevgi yaratmaq ideyasına çevrilir. Bu birinci addımdan yetkin sevgiyə qədər çox vaxt keçəcək.

Son nəticədə uşaq bəlkə də erkən gənclik dövrlərdə öz eqosentrizmini bir kənara qoyur; digər insan onun üçün yalnızca öz tələbatlarını ödəmək vasitəsi olmaqdan çıxır. Digər insanın tələbatları özününkündən daha vacib olur. Vermək almaqdan daha xoş, daha sevinclidir; sevmək, bəlkə də sevilməkdən daha vacibdir. Sevərək, insan öz təcrid olunma və tənhalıq həbsxanasını tərk edir (bu həbsxana onda diqqətin özünə cəmlənməsi və narsissizm vəziyyətindən irəli gələrək yaranır).

Bundan başqa, o, öz sevgisi ilə sevgi yaratmaq imkanını hiss edir – və onu, o, balaca, aciz, xəstə və ya gözəl olduğu üçün sevildiyi haldan yüksək tutur. Uşaq sevgisi “Mən sevirəm” çünki, mən “sevilirəm”, prinsipinə əməl edir. Yetkin sevgi “mən sevilirəm, çünki mən sevirəm”, prinsipinə əməl edir. Qeyri-yetkin sevgi deyir: “Mən səni sevirəm, çünki, mənim sənə ehtiyacım var”. Yetkin sevgi isə deyir: “Mənim sənə ehtiyacım var, çünki, mən səni sevirəm”.

Sevmək qabiliyyətinin inkişafı sevgi obyektinin inkişafı ilə sıx bağlıdır. İlk aylar və illər bu, həyatın elə bir mərhələsidir ki, uşaq anaya bağlılığını daha çox hiss edir. Bu bağlılıq doğum anından başlayır, bu zaman ana və uşaq artıq iki olsalar da, birlik təşkil edirlər. Doğum, situasiyanı bir qədər dəyişirdirir, lakin gözə çarpacaq dərəcədə yox. Uşaq, artıq bətndə yaşamasa da, hələ də anasından tam asılıdır. Lakin, günü-gündən o daha çox müstəqilləşir; o, yeriməyi, danışmağı, müstəqil şəkildə dünyanı dərk etməyi öyrənir. Ana ilə əlaqə bir qədər öz həyati əhəmiyyətini itirir və onun əvəzinə ata ilə əlaqə daha əhəmiyyətli olmağa başlayır.

Anadan ataya bu dönüşü başa düşmək üçün, biz ata və ana sevgisi arasında fərqi nəzərə almalıyıq. Ana sevgisi öz təbiətinə görə qeyd-şərtsizdir. Ana yenicə doğulmuş körpəni sevir, çünki, bu onun övladıdır, ona görə ki, onun doğulması ilə vacib bir şey həll olunub, gözlədiyi bəzi şeylər həyata keçib. (Əlbəttə, mən burada ata və ana sevgisindən danışanda ya Maks Veberin anlayışınca “ideal tiplərdən”, ya da arxetip haqqında Yunq anlanmasını nəzərdə tuturam və elə hesab etmirəm ki, hər bir ata və ana məhz bu cür sevir. Mən ata və ananı şəxsən təmsil edən ana və ata başlanğıcları nəzərdə tuturam).

Şərtsiz sevgi nəinki uşağın, həmçinin bir insan məxluqunun ən dərin ehtiyacını ödəyir; digər tərəfdən, şəxsi keyfiyyətlərinə görə – sevgiyə özün layiq olduğuna görə sevilən olmaq – həmişə tərəddüdlərlə bağlıdır: birdən, mən sevgi istədiyim insanın xoşuna gəlmirəm? Birdən, elə, birdən belə, – sevginin yox ola biləcəyi təhlükəsi həmişə var. Daha sonra “qazanılmış” sevgi belə bir acı hiss yaradır ki, sən özün olduğuna görə deyil, xoş təsir bağışladığın üçün son nəticədə, heç sevilmədiyin, sadəcə istifadə olunduğun üçün sevilirsən.

Heç təəccüblü deyil ki, biz həm uşaq, həm yetkin dövrümüzdə ana sevgisi üçün darıxırıq. Uşaqların çoxu xoşbəxtdirlər ki, kifayət qədər ana sev¬gisi alıblar (hansı dərəcədə – bunu sonra müzakirə edərik). Yetkin insana həmin darıxdıran hissi təmin etmək bir qədər çətindir. Ən təminedici inkişaf şərtləri daxilində belə o, normal erotik sevginin komponenti kimi qalır: o, öz ifadəsini tez-tez dini və nevrotik formalarda tapır.

Ata ilə əlaqə tamamilə başqadır. Ana – bizim tərk etdiyimiz evdir, təbiət, okeandır: ata belə bir təbii evi təmsil etmir. O, uşağın həyatının ilk illərində onunla zəif əlaqədə olur və bu dövrdə onun uşağın həyatında əhəmiyyəti ananın əhəmiyyəti ilə heç cür müqayisə oluna bilməz. Lakin, ata təbii evi təmsil etməsə də, o, insan mövcudluğunun digər qütbünü – düşüncələr, insan əli ilə yaradılmış əşyalar, qanun və qayda, nizam, səyahət və macəralar aləmini təşkil edir. Ata – uşağı dünyaya yolu tanımağı öyrədən adamdır.

Bu funksiya ilə sosial-iqtsiadi inkişafla əlaqəli olan digər bir funksiya bağlıdır. Şəxsi mülkiyyət meydana gəlib, oğullardan birinə miras qala biləndə, ata səbirsizliklə oğlunun dünyaya gəlməsini gözləməyə başladı ki, mülkiyyəti ona qoysun. Bu, atanın varis olmaq üçün daha müvafiq hesab etdiyi, atasına daha çox oxşayan və deməli onun daha çox sevdiyi oğul olurdu. Ata sevgisi şərtlənmiş sevgidir.

Onun prinsipi belədir: “Mən səni sevirəm, ona görə ki, sən mənim səndən gözlədiklərini yerinə ye¬tirirsən, ona görə ki, sən öz vəzifələrinə əməl edirsən, ona görə ki, sən mənə oxşayırsan”. Şərtlənən ata sevgisində şərtsiz ana sevgisində olduğu kimi müsbət və mənfi tərəflər vardır. Mənfi tərəfi bir fakt təşkil edir ki, ata sevgisini qazanmaq lazımdır, əgər insan ondan gözləniləni etməsə, bu sevgi itirilə bilər. Ata sevgisinin əsas müddəası belədir ki, itaətkarlıq əsas fəzilətə, itaətsizlik – ən böyük günaha çevrilir. Onun üçün cəza-ata sevgisinin itirilməsi olur. Müsbət tərəf də vacibdir. Ata sevgisi şərtlənmiş olduğundan, mən onu qazanmaq üçün nəsə edə, onun üçün çalışa bilərəm; ata sevgisi, ana sevgisi kimi, mənim nəzarətimin xaricində deyildir.

Uşağa münasibətdə ata və ananın yeri və rolu onun öz tələbatlarına uyğundur. Körpə həm fizioloji, həm də psixi qayğı kimi şərtsiz ana sevgisinə ehtiyac duyur. Altı yaşından böyük uşaq ata sevgisinə, nüfuzu və rəhbərliyinə ehtiyac duyur, ananın funksiyası – uşağın həyatda təhlükəsizliyini tə-min etmək, atanın funksiyası isə – uşağın doğulduğu cəmiyyətin onun qarşısında qoyduğu problemləri həll edə bilməsi üçün onu öyrətmək, ona rəhbərlik etməkdir. İdeal halda ana sevgisi uşağa böyüməyə mane olmur, acizliyinə görə mükafat təyin etməyə cəhd göstərmir.

Ananın həyata inamı olmalıdır. Uşağını öz həyəcanı ilə yoluxdurmamaq üçün özü də həyəcanlı olmamalıdır. Uşağın müstəqil olması və son nəticədə ondan ayrılması istəyi onun həyatının bir hissəsinə çevrilməlidir. Ata sevgisi prinsiplər və gözləntilərlə istiqamətləndirilməlidir; o, təhdidli və avtoritar deyil, dözümlü və mərhəmətli olmalıdır. O, böyüyən uşağa fərdi qüvvələrinin artması hissini verməli və nəhayət, ona özü üçün avtoritet olmağa və ata nüfuzundan qurtarmağa imkan verməlidir.

Son nəticədə yetkin insan elə bir momentə gəlib çatır ki, özü-özü üçün həm ata, həm də ana olur. O, bir növ ata və ana şüurunu əldə edir. Analıq şüuru deyir: “Səni mənim sevgimdən məhrum edə biləcək heç bir cinayət, heç bir qəbahət yoxdur ki, mən sənə xoşbəxt həyat arzulamalıyam”. Atalıq şüuru deyir: “Sən qəbahət etmisən və bu qəbahətli hərəkətin nəticələrindən qaça bilməzsən. Əgər mənim səni sevməmi istəyirsənsə, sən ilk növbədə öz davranışını düzəltməlisən”.

Yetkin insan zahirən ata və ana firurlarından azad olub, onları öz daxilində ucaldır. Lakin fövqəl-mən haqqında Freydin fikirlərinin əksinə olaraq, o, ata və ananı inkorporasiya etməklə daxilində ucaltmır, analıq şüurunu özünün sevmək qabiliyyəti əsasında, atalıq şüurunu isə öz şüuru və sağlam düşüncəsi əsasında qurur. Bundan başqa, yetkin insan öz sevgisində atalıq və analıq şüurunu birləşdirir. Baxmayaraq ki, onlar ilk baxışda bir-birlərinə ziddirlər. Əgər o, ancaq atalıq şüuruna malik olsaydı, o, qəddar və kinli olardı. Əgər o, ancaq analıq şüuruna malik olsaydı o sağlam mühakimədən uzaq olardı, özünün və başqa-larının inkişafına mane olardı.

Mərkəzləşdirilmiş analıq və mərkəzləşdirilmiş atalıq bağlılığının bu inkişafından onların son sintezi-mənəvi sağlamlıq və yetkinliyin əsasıdır. Bu inkişafın çatışmamazlığı nevrozlara səbəb olur. Bu fikrin bütöv inkişafının bu kitabın xaricinə çıxmasına baxmayaraq, bir neçə kiçik qeyd bu mülahizənin aydınlığına kömək edə bilər.
Nevrotik inkişafının əsas səbəblərindən biri kimi, oğlanın sevən, lakin, ifrat mərhəmətli və ya hökmlü anaya və ya zəif, laqeyd ataya malik olmasını göstərmək olar. Bu halda o, anaya bağlılığın ilkin mərhələsində qalan, anasından asılı olan, acizlik hiss edən, reseptiv xarakterin əlamətlərinə malik olan insana çevrilə bilər: təsirə məruz qalan, himayə olunmağa, qayğıya, ehtiyac duya bilən və bu halda onda atalıq keyfiyyətləri – nizam-intizam, müstəqillik, öz həyatının sahibi olma kimi keyfiyyətlər çatışmır.

O, avtoritet mənasında “ananı” istənilən kəsdə – həm kişilərdə, həm də qadınlarda tapmağa çalışır. Əgər, digər tərəfdən, ana soyuq, hökmlü və laqeyddirsə, o, ana himayəsinə ehtiyacını atasına və sonrakı atalıq obrazlarına keçirə bilər – bu zaman son nəticə əvvəlki ilə eynidir. Ya da o, birtərəfli olaraq ataya istiqamətlənmiş, qanun, qayda və nüfuz prinsiplərinə tamamilə tabe olan gözləmək, və şərtsiz sevgi olmaq qabiliyyətdən məhrum olan bir insan kimi inkişaf edəcək. Əgər ata avtoritar və oğluna çox bağlıdırsa, bu inkişaf daha da güclənəcək.

Nevrotik inkişaflar üçün ümumi olan bir şey vardır ki, inkişaf üçün ya ata, ya da ana başlanğıclarından birinin olması kifayət deyildir. Daha ağır olan nevrotik inkişaf halında isə insanın öz xarici təzahürlərinə münasibətində ata və ananın rolları qarışır. Sonrakı tədqiqatlar göstərə bilər ki, nevrozların müəyyən tipləri, məsələn, maniakal nevroz, daha çox birtərəfli ataya istiqamətlənmənin, isteriya, alkoqolizm, özünütəsdiqin uğursuzluğu və həyat uğrunda əsil mübarizəsinin mümkünsüzlüyü, həm¬çinin depressiya kimi digər növləri isə anaya bağlılığın nə¬ticəsidir.

Erix Fromm

loading...

Bunuda oxu...